Şəxsi maraqları üçün vətəni satmağa hazır olanlar

Qarabağla bağlı mitinqə getməyib, Azərbaycan əleyhinə şüar qışqıranlar haqq etdiyi cəzanı almalıdır

Azərbaycanda əldə olunan sabitlik, ölkənin iqtisadı inkişafı böyük gücləri narahat etməkdədir. Dünyaya demokratiya dərsi keçmək istəyənlər öz maraqlarına uyğun olanda insan hüquq və azadlıqlarını ayaqlar altına alsa da, uyğun olmayanda ən kiçik pozuntunu belə böyüdərək mənfi imic yaratmağı bacarır. Necə ki, insan hüquqlarının pozulması iddiası ilə qərbin güc tətbiq etdiyi İraq, Tunis, Misir, Liviya, Suriya kimi ölkələrdə bu gün nəinki insan hüquqlarının, insan həyatının da qorunmasından söhbət belə gedə bilməz. Həmin fövqəlgüclərin gətirdiyi "demokratiya" sayəsində İraq, Tunis, Misir, Liviya, Suriyada hər gün yüzlərlə insan həyatını itirir. Azərbaycan isə illərdir yerləşdiyi regionun sabitlik adası olaraq qalır. Dünyanın böyük güclərinin maraq dairəsində olmasına rəğmən Azərbaycan rəhbərliyinin yürütdüyü uğurlu siyasət əhalinin təhlükəsizliyinin maksimum təmin olunmasına imkan verib. Amma regionda vəziyyəti gərginləşdirməkdə maraqlı olanlar öz işlərindədir. Azərbaycanda sabitliyi pozmaq istəyən həmin güclər öz iyrənc planlarının icrasında adı azərbaycanlı olan üzdəniraqların da xidmətindən yararlanır, Azərbaycanda hansısa cinayət əməlləri törədərək xaricə qacan antimilli ünsürlərdən də bu məqsədlə istifadə edirlər. Orduxan, Emin Milli kimiləri sıralarını genişləndirərək Azərbaycana qara yaxmağa davam edirlər. Bu şəxslər bu günlərdə Avropada Azərbaycan əlehinə növbəti mitinq təşkil etməyə cəhd edib. Almaniyanın Bonn şəhərində təşkil olunan mitinqə insanları yığmaq üçün bir neçə gün sosial şəbəkələr vasitəsi təbliğat aparıblar. Aksiyalarının əsas şüarı isə Beynəlxalq təşkilatları Azərbaycan hökuməti ilə əməkdaşlığı dayandırmağa çağırışdır. Əsas canfəşanlıq edən isə Elşən Abdullayev adlı şəxs olub. Kiçik araşdırma aparanda məlum olur ki, Azərbaycan Beynəlxalq Universitetinin tələbəsi olan bu şəxsi eyni soyadı daşıdığı Elşad Abdullayevlə də yaxın əlaqələr birləşdirir. Rüşvətxorluq, dələduzluqda ad çıxaran orqan mafiyası ilə əlaqələrdə suçlanan Elşad Abdullayevlə yaxınlığın nəticəsidir ki, bu gün Elşən özü də Azərbaycana düşmən kəsilib. Azərbaycan prezidenti cənab İlham Əliyevin təkrar prezident seçilməsi münasibəti ilə dünyanın əksər dövlət başçılarından təbriklər alması, Böyük Britanıyada rəsmi səfər edərək yüksək səviyyədə qarşılanmasından sonra Azərbaycanda hakimiyyətə gələcəkləri ilə bağlı son ümidləri də ölən müxalifətin və xarici havadarlarının təhriki ilə ölkə əleyhinə mitinqlər təşkil edirlər. Amma bu vətən xainləri anlamırlar ki, siyasi liderlər regonda sülhün və sabitliyin qarantı olan Azərbaycanın mövcud hakimiyyəti ilə işləməkdə daha maraqlıdır.

Elşad Abdullayev və onun əlaltısı olan Elşən Abdullayev kimi vətən xainlərinin çağırışlarını özlərindən başqa heç kim eşitmir. Bu çağırışları eşitsə elə özləri kimi vətəni satmağa hazır olan Fuad Əkbərov və Rəşad Bağırov kimiləri eşidəcək. Həqiqəti görməyə kor, doğrunu eşitməyə kar olan Fuad Əkbərov kimilərin ancaq əli açıqdır. Bu əl də xarici havadarlarının təlimatlarını yerinə yetirdikdən, mitinqlərdə 3-4 şuar qışdırdıqdan sonra aldıqları 5-10 dolları götürmək üçün açılır. Gözünü yumub, qulaqlarını bağlayıb düşmənə əl açan Fuad Əkbərov kimiləri o qədər mənəvi kasadlaşıblar ki, beynəlxalq təşkilatlarda kimlərinsə onları eşidəcəyinə ümid edir. Onlar başa düşmürlər ki, onları heç Azərbaycanda öz ailə üzvləri qəbul etmir. Doğmalarının da  imtina etdiyi şəxslərdən özlərindən başqa kimsəyə faydası dəyməz.  Bu gün sığındıqları qərbə də onlar müvəqqəti lazımdır. Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdikdən sonra onlar həmin ölkələrdən də kənara atılacaq. Çünki bir dəfə xəyanaət edən həmişə xəyanət edə bilər.

Ola bilər ki, bu gün bu sırada yer alan Rəşad Bağırov da mitinqlərdə qışqıqmaq, təbliğat aparmaq üçün lazım olsun. Amma sabah o da Elşad Abdullayevin, Hüseyn Abdullayevin aqibətini yaşayacaq. Rəşad Bağırov bu gün Almaniyada firəvan həyata nəsib olmasının qarşılığında ona verilmiş təlimata uyğun sosial şəbəkədə Azərbaycanın siyasi və media mühiti barədə mənfi rəy formalaşdırmağa cəhd edə bilər. Azərbaycanda insan hüquq və azadlıqları, siyasi azadlıqların pozulduğu barədə sosial şəbəkələrdə maksimum dərəcədə fikirlər paylaşıb, ölkəmiz barədə mənfi rəy yaratmağa calışa da bilər. Amma Rəşad Bağırov və onun kimilərin dedikləri nə ağıllı siyaətçilər, nə beynəlxalq təşkilatlar, nə də sadə Azərbaycan vətəndaşları üçün bir anlam daşımır. Azərbaycanda bütün bağlarını itirən bu insanlar beynəlxalq aləmdə Azərbaycan barədə mənfi rəy formalaşdırmaq potensialında deyillər.

Azərbaycanda gözəl bir məsəl var: milçək bir şey deyil, könül bulandırır. Elşən Abdullayev, Fuad Əkbərov, Rəşad Bağırovun da etdikləri könül bulandırmaqdan başqa bir şey deyil. Amma istənilən halda Qarabağın azad edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünyaya tanıdılması şüarı ilə keçirilən mitinqlərə qatılmayıb Azərbaycan dövlətçiliyi əleyhinə istənilən tədbiri düzənləyənlər haqlı cazalarını almalıdır. Harada yaşamasından, hansı dövlətə sığınmasından asılı olmayaraq, Azərbaycanın ədalət mühakiməsi qarşısında keçmiş və hazırki əməllərinə görə cavab verməlidirlər. Necə ki, Leyla Yunus, Aleksandr Lapşin, Hüseyn Abdullayevin qolu qandallandı, bu taleyi gec-tez elşənlər, fuadlar, rəşadlar da yaşayacaq.  

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR