İsraildən Türkiyəyə qarşı ERMƏNİ HƏMLƏSİ

ABŞ-ın səfirliyini Qüdsə köçürdüyü gün İsrail ordusunun Qəzzada etiraz aksiyası keçirən fələstinlilərə atəş açmasından sonra Ankara-Təl-Əviv münasibətlərindəki gərginlik daha da artır.

Türkiyə İsrail səfirinə ölkəni tərk etmək göstərişi verdi, ardınca İsrail də türk səfirinə qarşı eyni addımı atdı.

İsrail Türkiyəyə qarşı yeni həmləyə əl atır. Məlumatlara görə, İsrail parlamenti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.

"The Jerusalem Post"un yaydığı xəbərə görə, "Sionist Birlik"dən olan deputat İtzik Şmuli və Likud deputatı Amir Ohana qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini Knessetə (İsrail parlamenti) təqdim edəcəklərini bildiriblər.
 

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR