Milli satqınların antiAzərbaycan fəaliyyəti

Yaxud,  Azərbaycanın uğurlarını həzm edə bilməyənlərin qarayaxma kampaniyası

ABŞ Konqresi Helsinki Komissiyasında Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda keçirdiyi dinləmələr ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Belə ki,  dinləmələrdə ölkəmizə qarşı səsləndirilən qərəzli fikirlər birmənalı şəkildə təkzib olunur. Dinləmələrin ermənipərəst Kristofer Smitin rəhbərliyi altında hazırlanması vəziyyəti bir az da qəlizləşdirib. Maraqlıdır, Azərbaycana qarşı belə qərəzli hesabatlar haradan qaynaqlanır? Xatırladaq ki, ABŞ-ın bugünkü strategiyasında əsas məsələ insan haqlarının və demokratiyanın qorunması deyil, xaos məsələsidir. Azərbaycan isə xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir. Ancaq məhşur deyimdə ifadə edildiyi kimi "kimin nə problemi varsa, ondan daha çox danışır". Bu gün Avropanın insan haqları sahəsində elə ciddi problemləri var ki, Azərbaycanı bu məsələdə ittiham etməyə heç mənəvi haqqı yoxdur. Sadəcə, bu anti-Azərbaycan qüvvələr Azərbaycanı zəiflətməklə onu bəzi müsəlman ölkələrinin gününə salmaq istəyirlər. İstəyirlər ki, burada da idarəolunan xaos yaradıb, asılı hakimiyyət formalaşdırsınlar, Azərbaycanla diqtə dilində danışsınlar. Bu, mümkün olmadıqda, ölkə rəhbərliyi möhkəm siyasi iradə nümayiş etdirdikdə, başlayırlar qarayaxma kampaniyasına ...

Qeyd edək ki, Avropanın və ABŞ-ın bəzi dairələrinin Azərbaycana qarşı nümayiş etdiriyi mövqe ölkə rəsmiləri tərəfindən dəfələrlə əsaslı şəkildə rədd edilib. Bildirilib ki, Qərb tərəfindən Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına ciddi yanaşılılmır. Qərb Azərbaycana qarşı münasibətdə  qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirir. Bu baxımdan Azərbaycan kimi qüdrətli ölkənin xarici siyasətində qətiyyətlilik və müstəqil siyasi dəst-xəttin olması çox önəmli faktdır. Xüsusən, ölkəmizin iqtisadi və hərbi qüdrəti onun şərtlər qəbul edən deyil, şərtlər diktə edən bir dövlətə çevrilməsini reallaşdırıb. Düzdür, bir çox hallarda inkişafımız həm daxili, həm də xarici antiAzərbaycan qüvvələrini narahat edir. Ancaq qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin iqtisadi qüdrəti və geniş beynəlxalq əlaqələri onu həmişə təhdidlərin hədəfindən yayındırıb. Sirr deyil ki, müstəqillik tarixi qısa olan Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var. Həmin qüvvələr hələ də qəbul edə bilmirlər ki, niyə Azərbaycan durmadan inkişaf edir, ölkəmizin beynəlxalq imici günü-gündən artır. Məlumdur ki, bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı idarə etmək istəyirlər. Bu baxımdan prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasəti həmin dövlətlərin əksəriyyətinə sərf etmir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın da öz dövlət və milli maraqları var və bu maraqları reallaşdırmaq üçün məkirli qüvvələrin planlarına "yox" deməlidir.

Avropa Şurası Parlament Assambleyasının son qətnaməsi, ABŞ Dövlət Departamenti tərəfindən verilən bəyanatlar və illik hesabatda Azərbaycanla bağlı deyilən fikirlər sübut edir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir və eyni zamanda regional əməkdaşlığı gündən-günə möhkəmləndirir. Ölkədə ictimai-siyasi sabitlik tam təmin olunub, iqtisadi inkişaf uğurla davam edir, Azərbaycan artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən dövlətlər və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmir. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər.

Azərbaycana qarşı "qara piar" kampaniyası həyata keçirən Qərb və Avropa ölkələrinin özləri hazırda dərin böhran içərisindədir.  Siyasi və iqtisadi tənəzzülə uğrayan Qərb dövlətləri Azərbaycandan insan hüquq və azadlıqlarına hörmət istəyir. Amma Azərbaycanda insane hüquq və azadlıqlarının vəziyyəti  onların özünə nümunə ola biləcək vəziyyətdədir. ABŞ isə həmişəki kimi xaosdan istifadə nəzəriyyələri həyata keçirməkə məşğuldur. Xatırladaq ki, son vaxtlar Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı ən çox  mövqe bildirən, qarayaxma kampaniyası aparan, faktları təhrif edən tərəf ABŞ-dır. Əslində isə ABŞ-ın özündə bu sahədə vəziyyət olduqca bərbaddır. Diskriminasiya, qaradərili insanlara qarşı təzyiqlər, onların hüquqlarını kütləvi şəkildə pozulması dediklərimizi bir daha təsdiqləyir.

Məlumdur ki, bir sıra bədxah dövlətlər Azərbaycana çox qısqanclıqla yanaşırlar. Bu dövlətlər hər seçki ərəfəsində Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizdə inkişaf edən demokratikləşmə prosesinə kölgə salmağa cəhd göstərirlər.  Onu da etiraf edək ki, bu düşünülmüş planın həyata keçirilməsində  həmin dövlətlərə içərimizdən olan satqınların "əməyi" yardımçı olur. Hazırda da Azərbaycanda mövcud olan bəzi daxili qüvvələr  xaricdən göstəriş alaraq Londona, Parisə, Moskvaya, Berlinə pullu xidmət göstərilər. Bu adamlar üçün vətən eşqi, Azərbaycan dövlətinin təəssübkeşliyi hissləri yoxdur. Onlar üçün əsas məsələ maddi vəziyyətlərinin təmin olunmasıdır.  

Ancaq Azərbaycan müharibə şəraitində yaşayan dövlət olduğu üçün burada hərbi dövrün qanunları qüvvədə olmalıdır. Yəni, vətən xaini olan adamlar əsla bağışlanmamalıdır. Yeri gəlmişkən qeyd edək ki, istər ABŞ, istər Avropa, istərsə də Rusiyada vətən xainlərinə qarşı ən ağır cəzalar tətbiq olunur. Hətta bu dövlətlərdə vətən xainləri elektrik stolunda oturdularaq ağır işgəncələrə məruz qalır. Azərbaycanda bir nəfər belə siyasi məhbus olmadığı halda, onlar özləri kimi vətən xainlərini "siyasi məhbus" hesab ediblər, hətta Azərbaycanın uğurlarına kor baxaraq xarici qüvvələrlə  birləşiblər. Nəzərə almaq lazımdır ki, Azərbaycan hələ ki, ABŞ, Fransa, Almaniya kimi tam oturuşmuş ölkə deyil. Hazırda Azərbaycan ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə aparır. Belə bir şəraitdə ölkədə xainlərə və satqınlara yer olmamalı, Vətən xainlər cəzalarını almalıdırlar.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR