Bəşəriyyəti Türk-İslam Birliyi xilas edəcək

Rövşən Qasımov: "Bu birlik axan qanları dayandıracaq həll yoludur"

Türk-İslam Birliyi altında inanmayanlar da, dinsizlər də hüzur içində yaşayacaqlar, fikirlərini dilədikləri kimi ifadə edəcəklər. "Əgər siz bunu etməsəniz (bir-birinizə yardım etməsəniz), yer üzündə fitnə və böyük fəsad baş verər. (Ənfal surəsi, 73)" Türk-İslam Birliyi, bir sevgi birliyidir, söhbət birliyidir, könül birliyidir. Bu birliyin təməli, sevgi, fədakarlıq, köməksevərlik, mərhəmət, xoşgörüş, anlayış və uzlaşıdır. Ayrıca insana hörmət, sənətdə, elmdə və texnologiyada ən yüksək nöqtəyə çatmaq birliyin hədəfidir. Vəkil Rövşən Qasımov deyir ki, bu birliyin qurulmasıyla, yalnız Türk cəmiyyətləri və müsəlmanlar deyil, bütün dünya işıqlığa qovuşacaq.Türk- İslam Birliyinin qurulmasıyla, Amerika, Avropa, Çin, Rusiya, İsrail qısaca bütün dünya rahatlaşacaq. Terror problemi sona çatacaq, xammal qaynaqlarına nəqliyyat zəmanət altına alınacaq, iqtisadi və ictimai nizam qorunacaq, mədəni qarşıdurma tamamilə ortadan qalxacaq. Amerika əsgərlərini torpaqlarından minlərlə kilometr uzağa göndərmək məcburiyyətində qalmayacaq, İsrail divarlar arxasında  yaşamayacaq, Avropa Birliyi ölkələri hər hansı bir iqtisadi maneə ilə qarşılaşmayacaq, Rusiya təhlükəsizlik narahatlığı duymayacaq, Çin xammal çətinliyi çəkməyəcək. Türk-İslam Birliyi təhkim edici, çətinləşdirici, bürokratik bir birlik olmayacaq. "Hər kəs bizə tabe olsun, geri qalanlar da kölə kimi olsun" mənasında əzməyə söykənən bir birlik deyil. Düşmənlik etmək, intiqam almaq və ya bir təhdid ünsürü olmaq üçün deyil, dünyada sülhün təsisi üçün var olacaq: "Bu birlik vəsiləsiylə hər dinin mənsubu dilədiyincə ibadətini edə biləcək, öz dinincə müqəddəs sayılan hər yeri ziyarət edə biləcək, malı, canı, namus və şərəfi Türk-İslam Birliyinin zəmanətində olacaq. İslam əxlaqının kökündə birlik var. Allah Quranda "Əgər siz bunu etməsəniz (bir-birinizə yardım etməsəniz), yer üzündə fitnə və böyük fəsad baş verər. (Ənfal surəsi, 73)" ayəsi ilə yer üzündəki fitnə-fəsadın sona çatması üçün iman gətirənlərin bir-birlərilə dost olmasını, birləşməsini bildirmişdir. Bütün müsəlmanlar bu əmri yerinə yetirməkdə məsuldur. Türk-İslam dünyası bu birliyi istəməlidir. Birlik istəməyən ayrılıq istəyir və ayrılığın Türk-İslam dünyasına heç bir faydası yoxdur. Müsəlmanların gücü, qüvvəsi və mənfəəti birlikdədir. Müsəlman aləminin bir hissəsində əziyyət sadəcə xarici qüvvələrdən qaynaqlanmır, müxtəlif etnik qrup, məzhəb, millətlərdən olan müsəlmanlar arasında da, Quran əxlaqına tamamilə zidd olaraq qarşıdurmalar baş verir. Allahı, dini, Kitabı, Peyğəmbəri bir olan və Allahın əmrilə qardaş olmalı müsəlmanların bir-birilə mübarizə aparması, şübhəsiz, düşündürən vəziyyətdir. Çünki Qurana əsasən, möminlərin birləşməsi fərzdir. Ayələrdə belə buyurulur: Əgər İslam aləmi güclü, sarsılmaz, firavan sivilizasiya olmaq, dünyaya hər sahədə istiqamət vermək və aydınlatmaq istəyirsə, birlik olaraq hərəkət etməlidir. Bu birliyin olmaması, müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlıq, İslam dünyasından ortaq səsin yüksəlməməsi məzlum müsəlman xalqlarını da müdafiəsiz qoyur. Fələstində, Kəşmirdə, Şərqi Türküstanda, Moroda və başqa bir çox ölkədə məzlum qadınlar, uşaqlar və yaşlılar ehtiyac içində zülmdən xilas olmağı gözləyirlər. Bu məsum insanlara görə hər kəsdən əvvəl İslam dünyası məsuliyyət daşıyır. Müsəlmanlar Peyğəmbərimizin (s.ə.v) "müsəlman müsəlmana zülm etməz və onu təhlükədə qoymaz" sözünü unutmamalıdır".  Onun bildirdiyinə görə, dünya müsəlmanlarının güclü və aktiv Türk-İslam Birliyini qurmaması dövrümüzdəki müxtəlif problemlərin kökündə duran ən əsas çatışmazlıqdır. Güclü birlik qurduqda bu gün baş verən problemlərin bənzərləri ilə ya heç qarşılaşılmayacaq, ya da qarşıya çıxan bütün problemlər nəzərdə tutulduğundan da qısa müddətdə həll olunacaq.

İslam dünyasında müxtəlif millətlər, adət-ənənələr və dünyagörüşlərinin olması çox təbiidir. Əsas odur ki, bu fərqlər inanc birliyi altında, çoxluğa əsaslanan həmrəylik içində toplansın. Dünyagörüşü, fikirlər və davranış fərqləri hər millətdə rast gəlinən normal hallardır. İslam əxlaqının tələbinə uyğun olaraq, bütün fərqlərə baxmayaraq, müsəlmanlar bir-birlərinin qardaşı olduğunu unutmamalıdırlar. İrqi, dili, vətəni, məzhəbi nə olsa da, bütün müsəlmanlar qardaşdırlar. Buna görə, İslam dünyasındakı fərqlər zənginlik kimi dəyərləndirilməli, bunlar müsəlmanların bir-birləri ilə çəkişməsinə səbəb olan, onları əsas məsələlərdən uzaqlaşdırıb təcili problemlərin həllinə mane olan qarşıdurma və ayrı-seçkilik səbəbinə çevrilməməlidir. Müsəlmanların bir-birlərilə münasibətlərindən əsas ölçü qarşılarındakı insanın irqi, etnik mənşəyi, dili kimi xüsusiyyətləri, imkanları, mövqeyi deyil, imanı və gözəl əxlaqıdır. Səmimi iman gətirən insanlar arasında sevgi onların Allahdan qorxub çəkinməsinə, Rəbbimizə bəslədiyi dərin sevgiyə, etdiyi əməllərə, gözəl əxlaqına görə formalaşır. Əgər bir insan həyatını Allaha həsr etdiyini bütün davranışları ilə sübut edir, hər anında Allahın rizasını və rəhmətini istəyərək gözəl davranırsa, möminlər o insana sevgi və hörmət bəsləyərlər. Bu insanın dərisinin rəngini, milliyyətini, maddi imkanlarını əsas götürməz, bu xüsuslar ona olan sevgilərinə mənfi və ya müsbət təsir etməz. Eyni xüsuslar müsəlman millətlər arasındakı münasibətlərə də aiddir".

R.Qasımov hesab edir ki, iki müsəlman millət arasındakı münasibətlər Quranda bildirildiyi kimi olmalıdır: "Müsəlmanlar birlikdə hərəkət etməyə mane olan məsələlərdə bunlar üzərində düşünməlidirlər: Bu məsələ İslam ittifaqını zədələyəcək qədər mühümdürmü? Bu məsələdə uzlaşmaq mümkün deyilmi? İnkarçı ideologiyalara qarşı fikri mübarizə aparmaq əvəzinə müsəlman millətlə çəkişmək doğrudurmu? Bu suallara vicdanını dinləyərək cavab verən hər insan sonu olmayan çəkişmələrdən uzaq durmağın və müsəlmanlar arasındakı Quran əxlaqına əsaslanan bu ittifaqı qorumağın vacib olduğunu görər. İslam dünyası ayrı-seçkiliyi və fərqləri bir kənara qoyub bütün müsəlmanların qardaş olduğunu xatırlamalı və bu mənəvi qardaşlığın qazandırdığı gözəl əxlaq ilə bütün dünyaya nümunə olmalıdır. İman gətirənlərin bir-birləri ilə qardaşlığı uca Allahın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükür etməli və Allahın "parçalanıb ayrılmayın" əmrini unutmamalıdırlar. Sadece Türk-İslam coğrafiyasına deyil, bütün dünyaya işıqlıq gətirəcək bu birliyin təsisi üçün vicdan və sağlam fikir sahiblərinin ittifaqı əhəmiyyətlidir. Türk-İslam dünyası bu inkişafı böyük bir şövq və həyəcanla gözləməkdədir. Atılan hər addım coşğuyla qarşılanacaq. Türk- İslam Birliyinin ən əhəmiyyətli xüsusiyyəti, Yəhudiləri, Xristianları, Ortodoksları sevgiylə və şəfqətlə qucaqlaması, dinlərinə və inanclarına hörmət göstərməsi, onları qardaş bilməsi, torpaq bütünlüklərinə, can təhlükəsizliklərinə, zənginliklərinə və rifahlarına istiqamətli siyasətlər çıxarmasıdır. Türk İslam Dünyasının birliyi, Allahın icazəsi və lütfü ilə, 21-ci əsrdə dünyada gözlənilən sülhü və Hüzuru gətirəcək olan birlikdir. Sevgi, qardaşlıq, şəfqət, xoşgörüş, dayanışma təməli üstünə qurulacaq olan bu birlik, bölgələrə iqtisadi rifahı, demokratik həyatı, ədaləti gətirməyi hədəfləyir. Mənəvi dəyərlərin müqəddəsləşməsini, sənətin, texnologiyanın, elmin ən yuxarı səviyyələrinə çıxmasını təmin edəcək bu birliyin adı Türk-İslam Birliyidir. Bu birliyin üzvü olan bütün dövlətlərin sərhədləri , dövlət mstəqillikləri , dilləri və milli mənsubiyyətləri qorunur."

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR