Slovakiya səfiri: "Azərbaycan və Ermənistanda avrointeqrasiya istəyi yoxdur"

"Azərbaycanın Avropa İttifaqına qoşulması tezdir"
 

Bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Avropa Tədqiqatları üzrə direktoru Kaxa Qoqolaşvili Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda "Şərq tərəfdaşlığı"nın gələcəyi mövzusunda sessiyada çıxışında deyib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistanda çoxluq Avropaya inteqrasiyanı dəstəkləmir: "Gürcüstan, Moldova və Ukrayna bu istiqamətdə daha çox fəallıq göstərir. Amma bu ölkələrdə belə avrointeqrasiya hələ tam dəstəklənmir. Gürcüstanda əhalinin 70%-iAvropa İttifaqına üzvlüyü dəstəkləyir. Regionda dəyişikliklər sürətlə gedir. Bəlkə bir gün Azərbaycan da Avropa İttifaqına üzv olacaq".

Sonra çıxış edən Slovakiya Respublikasının Gürcüstandakı səfiri Rudolf Miçalka da Azərbaycan və Ermənistanda avrointeqrasiya ilə bağlı böyük istəyin olmadığını deyib: ""Şərq tərəfdaşlığı" ölkələrinin yalnız yarısı Avropa İttifaqı ilə münasibətlərdə daha fəaldır".
 

Rusiyanın Cənubi Qafqazda roluna toxunan diplomat onun regiona təsirini təhlükəli adlandırıb: "Rusiya geosiyasi maraqlarına görə bölgəni idarə etmək istəyir. Gürcüstanın Avropa İttifaqına üzvlüyü Rusiya üçün böyük itki olacaq. Rusiya üçün ideoloji baxımdan əsas təhlükə Avropa İttifaqıdır".

Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR