Türkdilli ölkələr arasında əməkdaşlıq yeni mərhələdə

Qardaş Türkiyənin regional aspektdə mövqeləri getdikcə güclənməkdədir. Yaxın Şərqdə varlığını Qərbə, Birləşmiş Ştatlara sübut etdirə bilən və bu regionda baş verən istənilən prosesin onunla razılaşdırılmalı olduğunu diqtə edən Ankara indi də uzun illərdir Birləşmiş Ştatlar və Rusiyanın maraqlarının toqquşduğu, bəzi hallarda hər iki tərəfin bu regionda bərabər imkanlara malik olduğu Orta Asiya ilə bağlı hərəkətlilik edir.  Düzdür, Türkiyə Orta Asiya respublikaları müstəqillik əldə edən illərdən etibarən bu region ölkələri ilə sıx münasibətlər qurmağa başlayıb. Onlarla həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq edib, əlaqələri inkişaf etdirib.  Və hər ötən gün bu əlaqələr bir qədər də irəli doğru istiqamət götürüb.  Orta Asuyanın bir neçə ölkəsi Türkiyənin də daxil olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunur. Həmçinin digər formatlar çərçivəsində Orta Asiya respublikaları ilə  əməkdaşlıq inkişaf etdirilir.  Və bu kimi əməkdaşlıq formatları Ankara ilə Orta Asiya regionu arasında yeni-yeni əməkdaşlıq perspektivləri yaradır. Hər halda bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfərini məhz belə xarakterizxə etmək olar.  Türkiyə prezidentinin Özbəkistana səfəri çərçivəsində ən yadda qalan və xüsusi qiddət çəkən məqam rəsmi Daşkəndin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olma mümkünlüyü barədə əldə edilən razılaşma oldu. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.  O, qeyd edib ki. türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanla geniş müzakirələr aparıblar: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Özbəkistanın bayrağı çatışmır. Özbəkistan bayrağı da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı bayraqlar arasında yer alacaq. Şuranın Qırğızıstan paytaxtı Bişkekdə keçiriləcək sammitinə Özbəkistan da qatılacaq. Bu çox böyük və önəmli qərardır".

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli dövlətlərin sammiti keçirilib. Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb. Sənədi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan imzalayıb. Özbəkistanın üzv olması ilə Şura üzvlərinin sayı 5-ə çatacaq. 

Türkiyənin Orta Asiya respublikaları ilə əməkdaşlığı daha da inkişaf etdirməsini təqdir edən ekspertlər hesab edirlər ki, bu türkdilli ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.  Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Rusif Məmmədovun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüşdən sonra Özbəkistan prezidenti Ş.Mirziyoyev mətbuata açıqlamasında bildirib ki, ilk dəfədir bir ölkə ilə 25 müqavilələyə imza atılır. Hədəfimiz 3 milyard dolların üzərindədir və 50 yeni yatırım üçün ortaq məxrəcə gəldik  Bəli, görüşün əsas məqsədi iqtisadi zəmində baş tutdu. Fikrimcə, görüşdə iqtisadi maraqlarla yanaşı siyasi maraqlar da az rol oynamadı.
Türkiyə və Özbəkistan arasındakı əlaqələr haqqında danışmaq istərdim əvvəlcə. Türkiyə 1991-ci il 16 dekabr tarixində Özbəkistanı ilk müstəqil dövlət kimi tanımışdır. İki ölkə arasında 1992-ci ildən diplomatik əlaqələr qurulmuş, iqtisadi sazişlər imzalanmışdır.
Keçmiş Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra hakimiyyətə hazırki prezident Şavkat Mirziyoyev gəldi ki, onun gəlişindən sonra qonşu ölkələrlə, eyni zamanda Türkiyə ilə əlaqələr daha da sıxlaşdırıldı. Türkiyə də Özbəkistana müttəfiq kimi baxır. Əlaqələri yüksək qiymətləndirir". Ekspert deyib ki,  Türk ölkələri ilə xüsusilə iqtisadi sahələrdə əməkdaşlıq etməklə bir çox səbəbi var: "Türkiyənin. Onu da qeyd etməliyəm ki, Özbəkistan Qazaxıstanla birlikdə Mərkəzi Asiyanın əsas aparıcı ölkələridir. Türkiyə Qazaxıstan münasibətləri də yüksək məcrada davam edir. Belə ki, Türkiyə Qazaxıstan vasitəsilə Çinə, Şərqi və Cənub-Şərqi Asiya ölkələrinə dəniz daşımalarından asılı olmayan birbaşa quru əlaqəsi əldə edir. Qazaxıstan üçün isə Türkiyə vasitəsilə Avropaya, Yaxın Şərqə çıxış vacibdir. Özbəkistan da bu mənada Türkiyə ilə əməkdaşlığını artıraraq digər bazarlara öz mallarını çıxarmaq istəyir. Bu mənada Bakı-Tbilisi-Qars dəmiryolu xəttində Özbəkistan olduqca maraqlıdır. Özbəkistan prezidentinin Ş.Mirziyoyevin yanvar ayındakı çıxışını xatırlayaq : " Bir türkmən tərəfdaşlarımızla da yüklərin bu ölkə vasitəsi ilə daşınması ilə bağlı danışıqlar aparırıq. Ölkəmizin Azərbaycandakı səfirliyi qarşısında məsələ qoymuşuq ki, Azərbaycandakı tərəfdaşlarımızla əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirsin. Bilirik ki, Azərbaycan da öz növbəsində Özbəkistanın tranzit potensialından istifadə etməklə Çin və bu istiqamətdə olan digər ölkələrin bazarlarına çıxmaq niyyətindədir və əminəm ki, bu sahədəki əməkdaşlığımız da getdikcə möhkəmlənəcək və öz bəhrəsini verəcək".
Türkiyənin Özbəkistanla əlaqələrinin genişlənməsini yalnız iqtisadi cəhətdən təhlil etmək doğru olmazdı. Çünki, Türkiyə bununla Türk ölkələrini iqtisadi sferada birləşdirməklə yanaşı, öz nüfuzunu da Mərkəzi Asiya regionunda artırmağa çalışır".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR