Aydın Quliyev: “Türkiyə-Azərbaycan formatının tarixində iki mərhələ var”

"Dünyada ikitərəfli dövlətlərarası əməkdaşlıq formatları çox olub və indi də var. Ancaq Azərbaycan-Türkiyə birliyi qədər məzmunlu, geniş regional və qitələrarası nəticələr doğuran tandemlər azdır. Bu tandem Şərq və Qərb istiqamətində uzantılarına, sağa və sola şaxələnmə imkanlarına görə rəqib tanımır. Az sayda belə ikitərəfli formatlar var ki, dövlətlərdən birinin və ya ikisinin də imkanları ilə bu qədər geniş siyasi coğrafiyaya çıxmaq mümkün olsun". Bunu  "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycan Türkiyə vasitəsi ilə Avropaya, hətta Şimali Afrika ölkələrinə, Türkiyə isə Azərbaycan vasityəsi ilə mərkəzi Asiyadan keçməklə hətta uzaq Çinə, Vyetnama ən qısa çıxış əldə edə bilər: "Bu format 25 illik dinamik və fasiləsiz fəaliyyəti ilə də diqqəti çəkir. Türkiyə - Azərbaycan formatının tarixində aydın seçilən iki mərhələ var. Heydər Əliyevlə Süleyman Dəmrəlin təməl və davam prinsipləri ilə əsasını qoyduqları ilkin mərhələ öz zamanında çox sınaqlardan çıxdı, çətinliklərdən keçdi. Prezident İlham Əliyevlə Ərdoğan isə məzmunca daha dolğun ikinci mərhələni başlatdılar. Azərbaycan lideri İpək Yolunun bərpası üstündə Azərbaycan-Türkiyə birliyinin əvəz olunmaz həlqə olmasını sübut etmək üçün böyük işlər gördü, bu birlik olmasaydı qədim İpək Yolunun bərpası, Şərq-Qərb marşurutu baş tuta bilməzdi.

İlham Əliyev-Ərdoğan mərhələsi olmasaydı, Azərbaycan-Türkiyə formatı Şərqə və Qərbə, sağa və sola doğru bu qədər genişlənmək potensialı qazana bilməzdi. Türkiyə-Azərbaycan-İran, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli, Azərbaycan-Rusiya-İran-Türkiyə dördtərəfli əməkdaşlıq formatlarının bütün gələcəyinin əsasında məhz Azərbaycan-Türkiyə tandemi dayanır. Bu mənada Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan birliyinə müstəsna önəm təkcə ənənəni yaşatmaq taktikası yox, həm də böyük gələcəyin qaçılmaz çağrışlarına tam dərk olunmuş perspektivli cavab reaksiyasıdır". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR