Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsi başlayır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsinə start verilib.

"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təşkil olunacaq silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupları ön xətdə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edəcəklər.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tematik gecələr, "Qəhrəmanlıq dərsləri", idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR