Parlament hərbi vəziyyətlə bağlı dəyişikliyi təsdiqləyib

Azərbaycan Milli Məclisinin mayın 5-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Olaylar"ın xəbərinə görə, dəyişiklik hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzaları nəzərdə tutur. Dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə yeni-517-2-ci (Hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsi əlavə edilir. Maddəyə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunur. Rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR