Parlamentin Mədəniyyət komitəsi İlham Əliyevə təbrik məktubu ünvanladı

"Bugünkü Azərbaycan, yüksələn Azərbaycan, yeniləşən Azərbaycan, müasirləşən Azərbaycan İlham Əliyevin şah əsəridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov rəhbərlik etdiyi komitənin aprelin 17-də keşirilən iclasında deyib. O, deyib ki, 11 aprel prezident seçkilərində də Azərbaycan xalqı məhz Azərbaycanı bu yüksəkliyə ucaldan şəxsə, ölkə prezidenti İlham Əliyevə səs verdi: "Azərbaycan prezidenti hələ 15 il öncə, ilk dəfə prezident seçiləndə, andiçmə mərasimində bəyan etmişdi ki, hər bir azərbaycanlının prezidenti olacam və 15 illik hakimiyyəti dövründə də hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi. Bu illər ərzində Azərbaycanımız yeniləşdi, müasirləşdi, çiçəkləndi. Bugünkü Azərbaycan, yüksələn Azərbaycan, yeniləşən Azərbaycan, müasirləşən Azərbaycan da məhz İlham Əliyevin şah əsəridir. Odur ki, 11 aprel seçkilərində də bir daha Azərbaycan xalqı ölkə prezidentinə 7 illik mandat verdi. Seçkilər prosesi də hər kəsin gözü qarşısında oldu. Əksər beynəlxalq müşahidəçilər də seçkiləri çox yüksək qiymətləndirdilər və bu baxımdan hesab edirəm ki, növbəti 7 il də Azərbaycanın növbəti çiçəklnəmə, inkişaf illəri olacaq. Yəni, Azərbaycan xalqı öz seçimində yanılmadığını bir daha görmüş olacaq". Sonra R. Hüseynov komitə üzvləri adından ölkə prezidentinə ünvanlanmış təbrik məktubunu diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR