“Ermənistanda seçkilərin keçirilməsi çox çətin olacaq”

"Bu gün Ermənistanda baş nazir seçiləcəyi nəzərdə tutulur, amma seçki prosesi baş tutacaq, ya yox bu bəlli deyil. Çünki parlamentə gedən bütün yolların hamısı etirazçılar tərəfindən mühasirəyə alınıb".

Bu fikri  açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanda mərkəzi yolların çox hissəsi tamamilə bağlanıb: "Hətta nümayişçilər deputatları belə parlamentə buraxmaq istəmirlər. Polis mitinqdə iştirak edənləri həbs etməyə çalışır. Amma nəticə olaraq ortada ciddi bir şey yoxdur. Zənnimcə, belə bir şəraitdə parlamentdə seçkilərin keçirilməsi çox çətin olacaq. Ola bilər ki, seçki prosesi heç baş tutmasın". Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR