İsrail təyyarələri Suriyanı vurmağa başladı - Suriya mətbuatı

Gecə saatlarında Suriyanın Xüms şəhərində yerləşən aviabazaya raket zərbələri endirilib.

Musavat.com-un məlumatına görə, Suriya və İran mətbuatı raket zərbələrinin havadan müdafiə sistemi tərəfindən vurulduğunu yazır.

Qeyd edək ki, raket zərbələrinin ABŞ, İngiltərə və Fransanın Suriyanı vurmasından 4 gün sonra baş verməsi diqqəti ABŞ üzərində cəmləsə də, Pentaqon hazırda Suriyada hərbi əməliyyat aparmadığını bəyan edib.

Suriyanın yerli mətbuatı isə hava sahələrində İsrail hərbi təyyarələrinin göründüyünü yazıb. Suriyanın bir qisim media orqanı isə raketlərin Livanı keçərək Suriyaya çatdığını yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR