Deputat: “Hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir”

"Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ikili standartlara əsaslanan bu hesabatı xalqımızın siyasi iradəsinə hörmətsizlikdir". Məlumata görə, bunu millət vəkili Çingiz Qənizadə deyib.

"Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir"-deyə, millət vəkili fikrini bildirib.

Çingiz Qənizadə vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var və ATƏT-in Minsk qrupu bu məsələni nizamlamağa çalışır: "Belə bir vəziyyətdə bu problemi görməzdən gəlib ermənilərin yanında olmaq, seçkilərdən də təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycanı nüfuzdan salmağa çalışmaq və bu məqsədlə qərəzli açıqlama yaymaq yolverilməzdir. ATƏT DTİHB-nin missiyasının köməkçisi Vüqar Əhmədovun məsələ ilə bağlı keçirdiyi mətbuat konfransı da sözü gedən qrumların qərəzli yanaşmasını sübut edən faktlardandır". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR