Prezident seçkiləri iqtidar-xalq vəhdətinin sarsılmaz olduğunu göstərdi

Fuad Muradov: "Bəzi qüvvələr müstəqil siyasətimizi, liderimizin xalqıa birliyini qəbul edə bilmirlər"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı qərəzli ilkin hesabatı ölkə ictimaiyyəti, eləcə də siyasi quqrumlar tərəfindən narazılıqla qarşılanıb. Azərbaycan Mərkəzi Seçki Komissiyası və Yeni Azərbaycan Partiyası Azərbaycanda 2018-ci il aprel ayının 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı özetirazlarını ifadə ediblər. Bildirilib ki, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yüksək qiymətləndirdiyi seçkilər haqqında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının kəskin fərqlənən ilkin hesabatla çıxış etməsi təəccüb doğurur. İlkin yaranan təəssürat bundan ibarətdir ki, sanki yuxarıda qeyd olunan təşkilatlar Azərbaycandakı deyil, hansısa başqa bir seçki barəsində hesabat hazırlamışdır. Hesabatın qeyri-obyektivliyinə, qərəzli olmasına, deməli faktlara, reallığa məhəl qoyulmamasına heç nə ilə haqq qazandırmaq mümkün deyildir. Belə bir vəziyyət hesabatda əks olunan əsassız, qüsurlu və birbaşa qərəzli iddialarla əlaqədar hər hansı diskussuyaya yer qoymur: "Seçkilərdə 86,03% səs çoxluğu ilə qalib gəlmiş fəaliyyətdə olan Prezident İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası olaraq biz ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabatı qeyri-obyektiv və qərəzli hesab edirik, azad, şəffaf və düzgün şəraitdə keçirilən seçkilərə bu cür qiymət verilməsini qətiyyətlə pisləyirik". Qeyd edilib ki, hər bir seçkinin demokratikliyi, obyektiv və şəffaf olması onun əhalinin siyasi iradəsini ifadə etməsi dərəcəsi ilə ölçülür. Seçkilərə ən həssas və doğru qiyməti onun əsas iştirakçıları olan namizədlər verə bilər. Seçki prosesinə qoşulan və qalib gələ bilməyən namizədlərin hər biri qalib gələn namizədi təbrik etməklə seçki prosesinin obyektivliyini etiraf edib. Xalqın və seçkilərə qoşulan namizədlərin obyektivliyini və şəffaflığını yekdil şəkildə etiraf etdiyini seçkilərin guya hansısa pozuntularla müşaiyyət olunduğunu iddia etmək qeyri-ciddiliyin və açıq qərəzliliyin aydın təzahüründən başqa bir şey deyildir.
Millət vəkili Eldəniz Səlimov bildirib ki, 11 aprel prezident seçkiləri, səsvermə prosesi azad, ədalətli, şəffaf, demokratik, beynəlxalq standartlara tam uyğun şəkildə və Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutub. Onun sözlərinə görə, 11 aprel Azərbaycanın siyasi tarixinə demokratiyanın növbəti zəfəri, növbəti təntənəsi kimi düşdü: "Həmin gün Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə etdilər. Bunu da tək biz demirik, bunu həm də ölkəmizdə seskiləri, səvermə prosesini yaxından izləyən və ədalətli mövqeləri ilə seçilən, həqiqəti söyləməkdən çəkinməyən beynəlxalq müşahidəçilər, avropalı deputatlar, müxtəlif müşahidə missiyalarının üzvləri dedilər, bəyanladılar. Hamımız da bunun şahidləriyik. Və ən sevindirici, ən əlamətdar, hər birimiz qürurlandıran məqam odur ki, bu seçkilərdə də xalqımız Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevə növbəti dəfə etimad göstərdi, yəni, o, seçicilərin mütləq əksəriyyətinin səsini qazandı". Çillət vəkili eyni zamanda qeyd edib ki, seçkilərin nəticələri Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi: "Partiyamızın sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının seçiminin sabitlik, təhlükəsizlik və davamlı inkişaf olmasının əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu. Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu qələbə lider-xalq, iqtidar-xalq birliyinin, vəhdətinin sarsılmaz olduğunu bir daha sübut etdi. Düzdür, kimlərsə, hansısa "müşahidə" missiyaları yenə də öz "ənənələrinə" sadiq qalaraq, "bulanıq suda balıq" axtarmaq sevdasına düşüblər, Azərbaycanda demokratiyanın üzərinə kölgə salmaq cəhdində bulunurlar. Amma faydasız və səmərəsiz cəhdlərdir. Bu cəhdləri biz çox görmüşük və həmişə də fiaskoya uğradığının canlı şahidləri olmuşuq. Odur ki, həmin qüvvələr öz cəhdlərindən əl çəkməlidirlər, tutduqları ziyanlı və məkrli yoldan gec də olsa, geri dönməlidirlər. Azərbaycan xalqı kiminsə diqtəsinə boyun əyəcək xalq deyil, onun seçiminə də şübhə etməyə, kölgə salmaz razı olmaz və imkan verməz. Necə ki, indiyə qədər razı olmayıb və imkan verməyib". Millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçirildi və xalqımız cənab Prezident İlham Əliyevə yenidən etimad göstərdi. Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə səs verdi:"Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqa birliyini qəbul edə bilmirlər. Güclü Azərbaycan onları çox narahat edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası (SMM) və digər beynəlxalq müşahidəçilərin aprelin 12-də, seçkidən bir gün sonra seçki ilə bağlı rəyləri bu qərəzli yanaşmanı bir daha ortaya qoydu.Bu qüvvələrin belə münasibəti bizdə ancaq təəssüf hissi doğurur. Bu, ölkəmizə qarşı bir təxribatdır və heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək. Bunu xalq yaxşı anlayır və bu qara qüvvələrə qarşı birləşib. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi onlara qarşı daha sərt mövqe göstərməlidir.Azərbaycan dünyaya açıq bir dövlətdir və istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi. Bu missiyanın seçkiləri öyrənmək, seçki günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi. Çox təəssüf edirəm ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə imitasiya ilə məşğul oldular. Belə yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, xalqımızın düçüncəsinə, iradəsinə qarşı çıxdılar. Görünür missiyanın üzvləri seçkilərdə müşahidəçi kimi iştirak etmək əvəzinə, turistliyə üstünlük veriblər. Çünki vermiş olduqları bəyanat bu adamların seçkilərdən tam məlumatsız olduqlarını göstərdi".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR