Azərbaycanı ayaqda ancaq İlham Əliyev kimi siyasətçi saxlaya bilər

Azərbaycan tarixinin ən mühüm səhifələrindən olan prezident seçkilərinə münasibət bildirən QALİB-in sədri Azər Verdiyev xalqın növbəti dəfə doğru seçim etdiyini bildirib. "OLAYLAR"-ın xəbərinə görə,  İctimai Birlik sədri deyib ki, bu dəfə də Azərbaycan xalqı doğru seçim etdi: "İlham Əliyev namizədlər arasında ən güclüsü və ən layiqlisi idi. Bu mənada hesab edirəm xalqın seçimi zamanın tələbi ilə uzlaşır. İlham Əliyev tək Azərbaycanda deyil, dünyada tanınmış siyasətçidi. Bu gün Azərbaycanı zirvələrə ancaq İlham Əliyev daşıya bilər. Dünyada baş verən geosiyasi gərginliklər fonunda Azərbaycanı ayaqda ancaq İlham Əliyev kimi siyasətçi saxlaya bilər"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR