Siyasi şərhçi: “Seçkilər olduqca sakit, mədəni bir ortamda baş tutdu”

"Aprelin 11-də keçirilən Azərbaycan Respublikasının Prezidentinin seçkiləri Azərbaycan xalqının iradəsini bir daha əks etdirdi". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, seçkilər olduqca sakit, mədəni bir ortamda baş tutdu: "Namizədlərin bərabər rəqabəti üçün imkanlar tam təmin edildi. Media bütün namizədlərə münasibətdə eyni məsafəli davrandı. İstər xarici, istərsə də yerli müşahidəçilər üçün şərait təmin edildi. Yəni seçicilərin öz seçimlərini sərbəst şəkildə etməsinə hər hansı problem yaradılmadı. Nəticə də gözlənilən və şəxsən mənim üçün arzuedilən oldu: Prezident İlham Əlliyev böyük səs çoxluğu ilə qalib gəldi. İndi bundan sonra Azərbaycanın ən azından daha 7 il müddətinə sabit və inkişaf edən dövlət kimi qalması təmin edilmiş oldu".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Resüpublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR