Zaxarova Britaniya baş nazirinə cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya baş naziri Tereza Meyin Rusiya XİN başçısı Sergey Lavrovla bağlı sözlərinə münasibət bildirib. Məlumata görə, M. Zaxarova Lavrovun Britaniya deyil, Rusiyanın naziri olduğunu və ona qiymətin Rusiya prezidenti tərəfindən verildiyini bildirib. "Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur", - deyə Zaxarova "Facebook"da yazıb.  
Qeyd edək ki, Tereza Mey bu gün parlamentdə çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nazir postuna layiq olmadığını söyləyib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR