“AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təxribatların qarşısını alacaq”

Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq. Bu fikri  politoloq İlqar Vəlizadə bildirib.  Politoloq bildirib ki, müasir Azərbaycan Respublikası 100 il bundan öncə yaradılan  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: "Ona görə də tarixə biganə qalmaq olmazdı. Düşünürəm ki, AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq". 

İ. Vəlizadə əlavə edib ki, bəzi dairələr, eləcə də Ermənistan AXC ilə bağlı tariximizi saxtalaşdırmağa cəhd göstərir: "Fikrimcə, tarixin şanlı səhifələrini açmaq lazımdır ki, bu cür təxribatların qarşısı alınsın". Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR