Belə dövləti tonqalda yandırmaq lazımdır

Ermənistan ön cəbhənin əsgərlərini Günəş plitəsinin üstündə hazırlanan qidalarla təmin etmək üçün kampaniyaya başlayıb. Sən demə, alternativ enerji mənbələrinə çıxış əldə etmək üçün yerli firmalardan birinin ağlına belə "know how" gəlib.

Dünyada geniş tətbiq olunan panelləri və batareyaları hərbi texnikanın ayrılmaz hissəsinə çevirmək, ordunun ehtiyaclarını ödəmək pis fikir olmazdı, əgər sabit bir ərazidə xidmətdən və daimi müharibə təhlükəsindən uzaq olsaydılar. Şuşa və Xankəndindən çox-çox uzaqları - döyüş mövqelərini elektrik enerjisi ilə təmin eləmək üçün milyonlarla dollar vəsait tələb olunur. O biri yandan, özünü müvəqqəti hiss etdiyin dislokasiyalarda daimi infrastruktur yaratmaq tamamilə perspektivsiz bir işdir və ermənilər bunu yaxşı başa düşür.

Lakin Günəş enerjisini sümürüb əsgəri və zabiti isti xörəklərlə təmin edəcəyinə inanan Qarabağ "hökuməti" təkcə Azərbaycan Silahlı Qüvvələrinin tankı-topundan özünü qorumalı olmur, eləcə də hidrometroloji stansiyalardan gələn xəbərlərlə hesablaşmağa məcburdur. Deməli, yağışlı-qarlı havada ön cəbhədə yerləşən hərbi birləşmələrin personalının qida təminatından dolayı qəzəbli və narazı olduğunu gözəyarı təxmin etmək olar. Bildiyiniz kimi, Dağlıq Qarabağın iqlimi yüngül və quru sayılır, subtropik növə malikdir və orta atmosfer göstərcisi illik +10 dərəcə təşkil edir. Təqvimin yalnız iki ayında - iyul və avqustda temperaturun yuxarı qalxmasını müşahidə eləmək olur. Əvəzində sərt hava şəraitində "soyuqdan enerji almaq" ixtirası ermənilərin ağlına gəlsə, heç kim təəccüblənməz.

Bir millət ki, səngərə dolub, göydə Günəşin şəfəqlərini axtarır, ayağının altını - yeri, çölü, çəməni özününkü bilmir, bundan böyük bədbəxtlik yoxdur. Ermənilərin ələ keçirdiyi torpaqlar miqyasca böyüdükcə, xalq sayca kiçilir. Əslində, "balans qanunu" cəmiyyətə təbiətdən keçib. Ona görə də əsgəri və zabiti Günəş vannaları ilə qızdırmaq istəyən bir dövləti gərək tonqalda yandırasan.

Sezarın o dünyada çevrildiyi bir əsrdə yaşayırıq. Bir orduya bütün cəbhəboyu Günəş panellərindən isti şinel geyindirmək istəyirlər. Atalar yaxşı deyib, şüşə sarayda yaşayıb, başqasına daş atanlar...

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR