Avropa azərbaycanlıları Amsterdama toplandı: səbəbi qurultay

Bu gün Hollandiyanın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayı öz işinə başlayıb. Musavat.com xəbər verir ki, Bakı vaxtı ilə 13.00-də başlanan qurultayda öncə Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı səsləndiriləcək. Mandat komissiyasının məlumatından sonra birinci panel iclası başlanacaq. Öncə Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan XAALQ Cümhuriyyəti ili" elan edilməsi haqqında" sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar, Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçiriləcək. Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, AAK-ın İcraiyyə Komitəsinin üzvü Samira Patzer İsmayılovanın moderatorluğu ilə baş tutan paneldə spikerlərin də çıxışları nəzərdə tutulub.AAK-ın İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğu ilə keçiriləcək ikinci paneldə isə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlılarının soyqırımının yüzliyyiinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi baş tutacaq. Tədbirin gedişində spikerlərin də mövzu ilə bağlı məruzələri dinləniləcək.Nahardan sonra baş tutacaq üçüncü panel iclası isə "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həll yolları" mövzusunda olacaq. Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Azər Həsrətin moderatorluğu ilə baş tutacaq panel iclasında spikerlər Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "Trend" informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev, eləcə də Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçi mövzu ilə bağlı çıxışlar edəcək.Qurultayın sənəd layihələrinin müzakirəsi tədbirin sonuna yaxın baş tutacaq. Müzakirələrə Avropa Azərbaycanlıları Konqresini 2018-2021-ci illər üçün fəaliyyət proqramı, qutultayın qətnaməsi, Qurultay iştirakçılarının Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanatı, "Meltsamor" Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciəti daxildir. Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibinin formalaşdırılmasından sonra qurultay öz işini yekunlaşdıracaq.Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyeva, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər şəxsləri, xalq şairi Sabir Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, AAK -ın vitse-prezidenti, iş adamı Fizuli Məmmədov, eləcə də ölkə mediasının tanınmış simaları - APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gündəlik Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı, haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının idarə heyətinin üzvü Azər Həsrət, "Yeni çağ" qəzeti və yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili və digər jurnalistlər iştirak edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR