"Bu qərar Azərbaycana qarşı böhtan kampaniyası aparanlara bir cavabdır"

"Milan məhkəməsinin Avropanın tanınmış siyasətçilərindən olan Luka Volonte barədə bəraət qərarı verməsi birmənalı olaraq Azərbaycana qarşı "qara piar" və təzyiq kampaniyası aparmağa çalışan anti-Azərbaycan dairələrin, ermənipərəst mərkəzlərin fəaliyyətlərini ifşa etdi. Bu həm də beynəlxalq miqyasda ölkəmizin haqlı mövqeyini müdafiə edən Luka Volonteni təqsirləndirənlərin məhz Azərbaycana qarşı əsassız iddialar irəli sürdüyünü, faktiki olaraq şər və böhtan kampaniyası apardığını bir daha sübuta yetirdi". Bu sözləri millət vəkili Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, Milan Məhkəməsinin bəraət qərarı bir sıra media orqanlarının ölkəmizin bu məsələdə adının hallandırılması ilə bağlı yayımladığı məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədinə xidmət etdiyini də aşkar şəkildə ortaya qoydu.

Sahibə Qafarovanın fikrincə, Milan Məhkəməsinin müvafiq qərarı Azərbaycana qarşı təzyiq və "qara piar" kampaniyasının fiasko ilə nəticələndiyini göstərdi: "Eyni zamanda, bu həm də, o deməkdir ki, bu prosesdə Azərbaycanı hədəf alan şər-böhtan və şantajla məşğul olan anti-Azərbaycan mərkəzlərinin özləri qeyri-qanuni fəaliyyət göstərirlər, şəxsi mənafeləri naminə qanunları, beynəlxalq hüquqi sənədləri heçə sayırlar. Şübhə yoxdur ki, bu cür qanunsuz əməllər cəzasız qalmamalıdır və əminəm ki, Azərbaycan dövləti bu məsələdə Azərbaycanın adını məqsədli şəkildə hallandıran, ölkəmizə qarşı şər-böhtan kampaniyası həyata keçirən şəxslərin hüquqi müstəvidə layiqli şəkildə cəzalandırılması üçün lazımi addımlar atacaq". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR