MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb. Məlumata görə, M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: "Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır. Sonra etibarsız imzalara görə namizədlik qeydə alınmayanda bunu başqa cür yozurlar". MSK sədri, həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılmasına toxunub. O qeyd edib ki, yaxın günlərdə kameraların quraşdırılmasına başlanılacaq.M.Pənahovun sözlərinə görə, kameralar Azərbaycanın bütün coğrafiyasını əhatə edəcək. MSK sədri vurğulayıb ki, seçki günü səhər saat 07:30-dan başlayaraq bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR