ATƏT PA-nın qış sessiyası Vyanada keçiriləcək

Fevralın 22-23-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası keçiriləcək. "Olaylar" xəbər verir ki, sessiyadakı müzakirə və təqdimatlarda əsas mövzular iqlim dəyişiklikləri və onun nəticələrinə qarşı mübarizədə uzunmüddətli strategiyaların işlənib hazırlanması, "saxta xəbərlər" ("fake news") zəmanəsində demokratiyanın mühafizə edilməsi, silahlara nəzarət, onların ləğvi və yayılmaması, miqrasiya, terrorizmə qarşı mübarizəyə həsr olunacaq. ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminqer, ATƏT-in fəaliyyətdə olan sədri İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola sessiyanın açılış iclasında çıxış edəcəklər. Sessiya çərçivəsində üç baş komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit və eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq, sessiyanın yekununda hər üç komitənin birgə iclası keçiriləcək. ATƏT-ə üzv olan 57 ölkədən 300-dək artıq parlamentarinin qatılacağı sessiyada ölkəmizi Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR