Trampın vəkili pornoulduza susmaq üçün rüşvət verdiyini qəbul etdi

ABŞ prezidenti Donald Trampın cinsi əlaqədə olduğu deyilən pornoulduza bu barədə heç yerdə danışmaması üçün 130 min dollar pul ödədiyi ortaya çıxıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Donald Trampın vəkili "The Wall street journal"a verdiyi açıqlamada xəbəri etiraf emtəyə məcbur olub.

Mətbuatın yazdığıan görə, komandasında baş verən ard-arda istefalar, Rusiyanın seçilməsində barmağı olması barədə bir çox problemlə başı qarışan ABŞ prezidenti üçün son iddia sarsıcıdı ola vilər.

Donald Trampın vəkili Maykl Koen The Wall street journal"a verdiyi müsahibədə porno sektorunda Stormi Daniel olaraq bilinən Stefani Klifford adlı qadına pul verdiyini qəbul edib.

Koen bu pulu Trampın prezidentlik kampaniyası üçün verilən ianələrdən deyil, şəxsən öz cibindən verdiyini qeyd edərək, bunun tamamilə hüquq çərçivəsində və qanuni olduğunu bəyan edib.

Xəbəri manşetə daşıyan CNN vəkilə pulu niyə öz cibindən ödədəyini soruşub. Vəkil "Bir şeyin doğru olmaması sizə zərər verməyəcəyi anlamına gəlməz. Cənab Trampı hər zaman qoruyacağam", - deyə cavab verib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərindən 1 ay öncə də Stormi Danilelsə 130 min pul ödədiyi barədə xəbərlər çıxmışdı. Trampın pornoaktrisa ilə 2006-cı ildə cinsi əlaqədə olduğu və həmin vaxt indiki arvadı Melaniya Trampla evli olduğu üçün bu faktı gizlətmək istədiyi bildirlir.

Daha öncə bu barədə iddialar soruşulduqda Ağ Ev administrasiyası xəbərlərin köhnə olduğunu, seçkidən öncə yayıldığını və sərt şəkildə rədd olunduğunu bəyan etmişdi.

Maraqlıdır ki, bu ilin yanvaırn 10-da telekranlara çıxan Stormi Daniels də özü ilə bağlı bu kimi iddiaları yalanlamışdı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR