Deputat: “Avropaya vizasız getmək məsələsini gündəmə gətirməliyik”

"Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir". Bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, qonşu ölkələrlə bağlı viza məsələsinin həlli labüddür: "Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil. Bu hörmət həmin ölkənin vətəndaşlarının neçə ölkəyə vizasız getməsi ilə bağlıdır. Təklif edirəm ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız getməsi məsələsini gündəmə gətirməliyik. Gürcüstan bu məsələni həll edib. Azərbaycan vətəndaşlarının İran, Türkiyə ilə viza məsələsi tanmamilə aradan qaldırılmalıdır. Hökümətimiz çalışmalıdır ki, təkcə diplomatlar və xidməti pasport daşıyıcıları yox, Azərbaycan Respublikasının bir çox vətəndaşları da Avropa ölkələrinə vizasız gedə bilsinlər"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR