ABŞ kəşfiyyatı: Ukraynada növbədənkənar seçkilər keçirilə bilər

Ukraynada hazırki vəziyyət növbədənkənar seçkilərin keçirilməsinə gətirib çıxara bilər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Den Kouts Senatda çıxış edərkən deyib. O bildirib ki, belə bir hadisəyə əhalinin islahatların tempindən narazılığı, həyat səviyyəsinin pisləşməsi, korrupsiyanın güclənməsi və siyasi müqavimətin kəskinləşməsi səbəb ola bilər. Hesabatda qeyd olunur ki, müxalifət cəmiyyətdə yaranmış vəziyyətdən istifadə edərək Ukrayna prezidenti Pyotr Poroşenkonu və hakim koalisiyanı seçkiöncəsi zəiflətməyə çalışacaq. Kəşfiyyatın fikrincə, bütün bunlar Ukraynanın iqtisadi dirçəlişinə təhdiddir və xarici siyasətdə dəyişikliyə səbəb ola bilər.

Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR