İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması bu gün MSK-da müzakirə ediləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək. Bu barədə YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyni Paşayev məlumat verib. Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayındaİlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR