Ermənistan sayağı demokratiya: Armen Sərkisyan prezident seçilmədən inauqurasiyaya hazırlaşır

Ermənistanda seçki proseslərinin özünəməxsus gedişatı var. Hər cür qanun pozuntuları baş verir. Amma yekunda Qərb bunu demokratik seçki kimi dəyərləndirir. Bu   fikirləri  Siyasi İnnovasiya və  Texnologiya Mərkəzinin  rəhbəri  Mübariz Əhmədoğlu deyib. Dəfələrlə baş vermiş bu hadisə hal-hazırda yenidən təkrarlanır. Ermənistanın indiki prezidenti S.Sərkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezident təyin etmək istəyir. Bunun üçün onu yanına çağırıb, fikrini açıqladı. A.Sərkisyan müxtəlif görüşlər keçirdikdən sonra cavab verəcəyini bildirdi.

S.Sərkisyanın A.Sərkisyanın prezident təyin etməkdə məqsədi antiRusiyaçılıq istiqamətində növbəti addımını nümayiş etdirməyə hazır olduğunu göstərməkdir. Bu ayrı mövzudur. Amma A.Sərkisyanın davranışı isə qəribə məsələlər üzə çıxarıb. Prezident S.Sərkisyanla görüşdən sonra Armen Sərkisyan bir müddət gözə görünmədi. Sonra Britaniyada olduğu bəlləndi. Az keçmiş Ermənistana qayıtdı, elm adamları ilə görüşlər keçirdi. Moskvada ermənilərin  çoxsaylı və onların mövqeyinin daha həssas olmasına baxmayaraq A.Sərkisyan cəmi bir neçə saata Moskvada oldu. Oradan Maltaya səfər etdi. Maltada erməni icmasının mövcudluğu və bu icmanın dünya erməniliyindəki rolu barədə heç kəsin məlumatı yoxdur.  A.Sərkisyan Britaniyada şahzadə Çarlzla görüşüb, onu özünün inauqurasiya mərasiminə dəvət etdi.

Başqa sözlə, A.Sərkisyan üçün prezident seçilməsi baş tutmuş faktdır. Uzun müddət Britaniyada demokratik mühitdə yaşamış erməninin demokratiyaya münasibəti belədir.

Əslində, Ermənistanda demokratiyanın olmamasının günahı Ermənistana "demokratiya kağızı" vermiş Qərbdədir. Məhz bununla da Qərb bütövlükdə Cənubi Qafqaz regionunda demokratiyanın bu günü və gələcəyinə böyük zərbələr vurur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR