Haqqın, ədalətin Milan təntənəsi

Ermənipərəst qüvvələrin zaman-zaman Azərbaycana qarşı həyata keçirdikləri şər və böhtan kampaniyası bu gün də davam etməkdədir. Qarşılarına həyata keçirilən istənilən siyasi aksiyaya kölgə salmaq, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi qoyan antiAzərbaycan qüvvələri ən çirkin siyasi texnologiyalardan istifadəyə belə əl atmaqdan çəkinmirlər. İnsan hüquq və azadlıqları, söz və mətbuat azadlığı, eləcə də ceçki prosesləri ilə bağlı yanlış məlumatlar yaymaqla beynəlxalq ictimaiyyəti çaşdırmaq bu qüvvələrin ənənəvi peşəsinə çevrilib. Məkirli niyyətlətlər o dərəcədə qabarıb ki, artıq ermənipərəst qüvvələr Azərbaycanı beynəlxalq təşkilatlarla üz-üzə qoymaq siyasətinə əl atıblar. Hətta Azərbaycanın haqq səsini dəstəkləyən xaris siyasətçilər, analitiklər və parlemantarilər hədəfə alınır. Ölkəmizə qarşı xoş niyyətdə bulunan, Azərbaycanda gedən demokratik prosesləri tədqir edən, həyata keçirilən siyasi və iqtisadi islahatları dəyərləndirən əcnəbi siyasətçilər təhqir olunur, şər və böhtana məruz qalırlar. Avropa Şurası Parlament Assambleyasında təmsil olunan, Azərbaycanın haqq səsinə səs verən avropalı deputatların belə şər və böhtanlara məruz qalmalarının dəfələrlə şahidi olmuşuq. Aydındır ki, burada məqsəd Azərbaycanda keçiriləcək prezident seçkilərinə mane olmaq və bundan öncə də ölkəmizdə keçirilən azad, ədalətli, şəffaf və demokratik seçkilərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinə kölgə salmaqdır. Son vaxtlar bir sıra xarici təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları da yalnız bu məqsədi daşıyır.
Ağrıdıcı məqam ondan ibarətdir ki, sözügedən qüvvələri özlərinin "pul dağarcığı" hesab edən "sapı özümüzdən olan baltalar" belə şər kampaniyalarına böyük həvəslə qoşulurlar. Milli satqın damğası almış həmin şəxslər mətbuat və sosial şəbəkələrdə iftira dolu məlumatlar yaymaqla ürək bulandırılar. Bir vaxtlar cəmiyyətə özünü "ana müxalifət" kimi sırımağa çalışan radikallar nəzarətləri altında olan mətbuat vasitəsilə car çəkirdilər ki, guya bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanda "çirkli pulların yuyulması" ilə bağlı araşdırmalar aparılır. Məsələn, bildiridilər ki, İtaliyada prokurorluq AŞ PA vitse-prezidenti Luko Volentinin Azərbaycan hakimiyyətindən pul alaraq AŞ PA-da siyasi məhbuslar üzrə Ştrasserin məruzəsinin qəbul edilməsinə imkan verməməsini araşdırır.
Lakin dünyada haqq-ədalət deyilən mütləq bir anlayış var ki, gec-tez öz yerini tutur. Artıq qətiyətlə demək olar ki, dünyanın güc mərkəzləri Azərbaycanda həyata keçirilən demokratik islahatları dəstəkləmək zorunda qalıblar. Çünki ermənipərəst qüvvələrin iddiaları özünü doğrultmur, beynəlxalq aləmdə qaldırılmış hay-küyün yalan və iftiralar üzərində qurulması faktı üzə çıxır. Yeri gəlmişkən qeyd edək ki, fevralın 13-də Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb. Beləliklə, xaricdəki ermənipərəst və ölkəmizi istəməyən, eləcə də ölkə daxilindəki antiAzərbaycan dairələrinin uzun illərdən bəri haray çəkdikləri "çirkli polların yuyulması" iddialarının şər və böhtan olduğu təsdiqini tapıb. Təkcə bu fakt deməyə əsas verir ki, Azərbaycana qarşı həyata keçirilən məkirli siyasət artıq fiaskoya uğrayıb. Azərbaycan atalar misalında deyildiyi kimi "yalan ayaq tutar, ancaq yeriməz".
Məntiq onu deyir ki, doğrudan da bəzi Qərb dairələri, erməni lobbisi, eləcə də onların təsiri altında olan təşkilatlar, həmçinin nüfuzlu beynəlxalq qurumlarda təmsil olunan bir sıra siyasətçilər ölkəmizə qarşı əsassız arqumentlərlə, yalan və böhtan tipli bəyanatlarla çıxış edirlər. Onlar hər dəfə çeynənmiş mövzuları təkrar-təkrar dilə gətirməklə Azərbaycanı ləkələməyə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarıın əhəmiyyətini kiçiltməyə çalışırlar. Lakin həm xarizi antiAzərbaycan qüvvələri, həm də xəyanət burulğanında çabalayan milli satqınlar nəhayət dərk etməlidirlər ki, artıq ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək xislətindən əl çəkmək vaxtı çatıb.
Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR