Yerli icralar bələdiyyənin səlahiyyətini mənimsəyir

Bu gün bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsində problemlər yaşanır, yerli icra orqanları tərəfindən bəzi bələdiyyələrin səlahiyyətləri mənimsənilir. Bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə "Bələdiyyələrin statusu" Qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat vurğulayıb ki, kənd yerlərində bir çox bələdiyyələrin səlahiyyətləri yox dərəcəsindədir: "Bu bələdiyyələrdən hansısa məsələsinin niyə həll edilmədiyini soruşanda icra hakimiyyətinin məsələyə münasibətini gözlədiklərini bildirirlər. Bu, düzgün deyil və bələdiyyələrin səlahiyyətlərinin mənimsənilməsidir. Bələdiyyələr özləri də bu məsələdə az məsuliyyət daşımırlar. Çünki bir çox hallarda öz səlahiyyətlərini, hüquqlarını bilmirlər və nəticədə vətəndaşlar əziyyət çəkir. Bu problem aradan qaldırılmalıdır". Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR