Ayaz Mütəllibovun 20 yanvar hadisələri haqqında danışmağa ixtiyarı yoxdur

Eks-prezident Ayaz Mütəllibov müsahibəsində 20 yanvar hadisələri barədə təhrifedici, müstəqilliyimizə aparan bu gün haqqında ittihamlarla dolu fikirlər səsləndirməsi yolverilməzdi və məsuliyyət hissini itirməkdir. Belə bir açıqlama ilə çıxış edən AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, sabiq prezident həmin hadisələrdə dolayı yolla SSRİ rəhbərliyinə bəraət verir və Azərbaycan Xalq Cəbhəsini günahlandırır: "Guya,həmin gün Xalq Cəbhəsi rus tankarlarının qarşısına əhalini çıxarıb. Ayaz Mütəllibovun bu yanaşması, Xalq Cəbhəsini ittiham etməsi, birbaşa Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır".
Partiya rəsmisi deyib ki, Rusiyanın "5-ci kolonun" parlaq nümunəsi olan Ayaz Niyazoviç Azərbaycanın müstəqilliyinin yolunda, azadlıq mübarizəsi üçün şəhid olanlarının ruhuna bir daha hörmətsiz yanaşır: "Onun faktlarla deyil, hadisələrə emosional yanaşması, ondan irəli gəlir ki, AXC onun Rusiya yönümlü siyasətinin və müstəqillik əleyhinə siyasətinin qarşısını alaraq hakimiyyətinə son verib. İlk növbədə Ayaz Mütəllibovun 20 yanvar hadisələri haqqında danışmağa və AXC-ni ittiham etməsində ixtiyari yoxdur. Çünki, 1992-ci ildə prezident olaraq Xocalı soyqrımının qarşısını almamaqda və əhalini müdafiə etməməsinə görə böyük məsuliyyət daşıyır. Onun Rusiyaya bir müddət sığınması, məhz Xocalı hadisələri ilə bağlı açılan cinayət işinə görə idi. Müəyyən məsələlərə görə onun Azərbaycana gəlməsinə şərait yaradılması, o demək deyil ki, məsuliyyətdən yayınacaq. Mütləq Xocalını müdafiə etmədiyinə görə ədalət qarşısında cavab verəcək". Məhəmməd Əsədullazadə bildirib ki, Mütəllibovun Xocalı haqqında bütün arqumentləri əsassız və 20 yanavar hadisələrinə verdiyi qiymət kimidir: " Dövlət başçısı kimi, məhz Xocalının müdafiəsini həyata keçirməli idi. Moskvadan asılı olan birinin təbii ki, ermənilərin qarşısına çıxmağa cəsarəti çatmazdı. Bu gün ədalət mühakiməsindən yayına bilər. Amma tarix qarşısında bu məsuliyyətdən yayına bilməyəcək". Partiya rəsmisi təklif edib ki, Ayaz Mütəllibovun Xocalı hadisələri barədə cinayət işi bərpa edilsin və eks-prezident statusndan məhrum olunsun.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR