Azərbaycanın dünya səviyyəsində tanıdılması istiqamətində atılan mühüm addım

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib. Millət vəkili, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Hər bir azərbaycanlı dövlətimizin başçısı ilə qürur duymalı və onun ətrafında sıx birləşməlidir. Bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib. Fuad Muradov deyib: "Prezident İlham Əliyev qeyd edib ki, indiki müstəqil Azərbaycan dövləti Azərbaycan xalqına məxsusdur. Bu varisliyi dövlətimiz öz üzərinə götürür. Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütün azərbaycanlıların, eyni zamanda, ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin Prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir". Komitə sədri bildirib ki, müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulması, Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub: "Azərbaycan Prezidentinin bu tarixi qərarı ilə biz öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətçiliyimizin daha da inkişaf etdirilməsi, dünya səviyyəsində Azərbaycanın tanıdılması istiqamətində atılan mühüm addımların davamıdır. Azərbaycan gəncləri Prezidentimizin bu addımını alqışlayır və hər zaman dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcək, ölkəmizin inkişafı naminə gördüyü hər bir işdə ona dəstək olacaq". Millət vəkili Fazil Mustafa bildirib ki, , prezidentin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi bu ölkənin müstəqilliyinə verdiyi dəyərin göstəricisidir: "Ermənistan və Gürcüstanla müqayisədə bu məsələnin həllinə xüsusi diqqətlə yanaşmalıyıq. Onların da yüzilliyidir və yubileyə ciddi şəkildə hazırlaşacaqlar. Cümhuriyyət məsələsində onlardan daha həssas olduğumuzu göstərməliyik: "Bir neçə həftə bundan əvvəl məsələ ilə bağlı qeyd etmişdik ki, 2018-ci il "Cümhuriyyət İli" elan olunmalıdır. Prezident İlham Əliyevin bu qərarı bizim arzularımıza uyğun qərar oldu. Ölkə prezidentinin bu addımını çox yüksək qiymətləndiririk. Bu, cümhuriyyətə verilən dəyərdir. Düşünürəm ki, mətbuat bu məsələni qırmızı hərflə yuxarı köşədə yerləşdirməlidir ki, bəzi məmurlar görsün. Bütün bunlar cümhuriyyətə olan laqeydliyin, etinasızlığın ortadan qalxması baxımından vacibdir. Görsünlər ki, ölkə prezidenti cümhuriyyət ilinə necə dəyər verir. Bu qərardan dolayı prezidentə təşəkkür edirəm! Cümhuriyyətimizin yubileyini yüksək səviyyədə qeyd etmək üçün bu sahədə müəyyən addımlar atmaq lazımdır. Bu yaxınlarda M.Ə Rəsulzadənin ata evinin uşaq bağçası olması məsələsini qaldırmışam. Həmin evi muzeyə çevirmək lazımdır. Səlahiyyətli şəxslər prezidentin bu qərarına uyğun ciddi işlər görməlidirlər". Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova ölkə başçısının qərarının çox mühüm olduğunu bildirib. Onun sözlərinə görə, bu addım Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər planını özündə əks etdirən Prezident sərəncamının əhəmiyyətini gündəmə gətirir: "Maliyyə vəsaitinin ayrılması, Prezident İlham Əliyevin məsələyə xüsusi diqqət yetirməsi, müvafiq dövlət qurumlarını da bu yöndə təcili, mühüm, düşünülmüş addımlar atmağa sövq etdirir. Ona görə, Cümhuriyyətlə bağlı tədbirlərin keçirilməsi il boyu həyata keçirilməlidir. Davam edən tədbirlərdə də öncə Cümhuriyyətin elan olunması dövründən başlayaraq, bütün onun mövcudluğu dövründə ən mühüm hadisələrin 100 illiyinin qeyd olunması da gündəmdə olmalıdır. Sadəcə, 28 mayda, AXC-nin elanı, İstiqlaliyyət Aktının qəbulu ərəfəsi ilə kifayətlənmək olmaz. Müvafiq olaraq, Azərbaycan ordusunun yaranması, Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi, parlamentin təsisi və s. hadisələrin 100 illiyi keçirilməlidir. Cümhuriyyətin mövcudluğunda ilkə imza atılan bütün hadisələrin yubileyi yüksək səviyyədə qeyd edilməlidir. Düşünürəm ki, prezidentin müvafiq sərəncamı da il boyu tədbirlərin davam etdirilməsini, eyni zamanda Cümhuriyyət tarixi, onun təbliğatının, tədqiqatının gündəmdə saxlanmasını özündə ehtiva edir. Dövlət tərəfindən göstərilən bu xüsusi diqqətin yerlərdə təmin edilməsi üçün də xüsusi işlər aparılmalıdır". Tədbirlər planının fərdi şəxslər, qurumlar tərəfindən təkliflər formasında irəli sürüldüyünü xatırladan F.Əhmədova 100 illiyə qədər olan vaxtın daraldığını vurğulayıb: "Ümumiləşdirilmiş şəkildə hansı tədbirlər planı hazırlanıbsa, mütəxəssislərin müzakirəsinə çıxarıla bilər ki, pərakəndə, sistemsiz işlər görülməsin. Bunun əhəmiyyəti, effekti də ondan ibarətdir ki, tədqiqatçıların, bir çox dövlət qurumlarının birgə hazırladığı, müzakirədən keçən ciddi tədbirlər planı ortaya qoyulmalıdır. Ali məktəb, hansısa nazirlik ayrı-ayrılıqda beynəlxalq və respublika səviyyəli konfrans keçirmək, kitab nəşr etməklə ciddi nəticə əldə edə bilməz. Qarşımızda dayanan məsələ Şərqdə ilk demokratik respublika quran Azərbaycan xalqının bu əlamətdar hadisəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin qeyd etdiyimiz qərarı stimul verir, qarşıya böyük öhdəlik və vəzifələr qoyur". Tаrixçi-аlim onu da bildirib ki, o dövrün bütün rəsmi sənədlərindən, yаzışmаlаrdаn və digər göstəricilərindən dövlətin аdı Azərbаycаn Cumhuriyyəti olаrаq keçir: "Düzgün vаriаnt Azərbаycаn Cumhuriyyətidir. Çünki bütün dövlət sənədlərində, hökumət yаzışmаlаrındа, dövlətin möhürlərində, dövlət pullаrındа, birmənаlı olаrаq, Azərbаycаn dilində "Azərbаycаn Cumhuriyyəti", rus dilində isə "Azerbаycаnskаyа Respublikа" yаzılıb. Yаlnız "İstiqlаl bəyаnnаməsi"ndə Azərbаycаn Xаlq Cumhuriyyəti yаzılıb. Onun dа o vаxt mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə çox geniş müzаkirəsi keçirildi. Heydər Əliyevin bаşçılığı ilə keçirilən müzаkirədə qərаrа gəlindi ki, dövlətin аdı Azərbаycаn Xаlq Cumhuriyyəti kimi işlənsin. Yəni bizim müаsir Azərbаycаndа rəsmi qəbul olunmuş аd kimi Azərbаycаn Xаlq Cumhuriyyəti işlənir. Ammа o dövrün rəsmi sənədlərində dövlətin аdındа nə "xаlq", nə də "demokrаtik" sözü olub, аdı elə Azərbаycаn Cumhuriyyəti olub. O dəfə də аlimlərdən biri mənə deyir ki, bəs Topçubаşovun xаricdə olаn blаnkındа "Azərbаycаn Demokrаtik Respublikаsının prezidenti" yаzılıb. Dedim ki, onlаr rəsmi sənəd deyil, onа qаlsа, onlаr xаricdə dövləti Qаfqаz Azərbаycаnı kimi təqdim edirdilər. Çünki bunu dövləti tаnıtmаq üçün edirdilər. Rəsmi sənəd dövlətin, hökumətin yаzışmаlаrındа, blаnklаrındа, pulundа, möhüründə olаn аddır. O isə, birmənаlı olаrаq, Azərbаycаn Cumhuriyyətidir. Bu mənim mövqeyimdir. Yаzılаrımdа dа belə işlədirəm. Ammа indi dövlətimizin rəsmi qəbul etdiyi Azərbаyаcn Xаlq Cumhuriyyəti yаzılışıdır. Heydər Əliyevin bаşçılığı ilə аpаrılаn müzаkirələrin nəticəsi olаrаq Azərbаycаn Xаlq Cumhuriyyəti yаzılışı, deyilişi qəbul edildi. Rəsmi Azərbаycаn Xаlq Cumhuriyyətidir".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR