Müasir Azərbaycanın inkişafında mühüm dövr

Hər il olduğu kimi 2017-ci ili də Azərbaycan bütün spektrlər üzrə uğurla başa vurdu və il ərzində bir neçə mühüm nailiyyətlər əldə etdi. Əsasən diplomatiya və iqtisadi sahədə əldə edilən nailiyyətlər Azərbaycanın aktivinə müsbət göstəricilər yazdı. Beləliklə, 2017-ci ili Azərbaycan bütün sahələrdə inkişaf, uğurla başa vurdu. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bu günlərdə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı 2017-ci ilin ölkəmiz üçün uğurlu olduğunu bildirdi və bunun da 2018-ci il üçün müsbət nəticələr vəd etdiyini söylədi. Prezident bildirdi ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib: "2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik".

Elə əksəriyyət, siyasi təhlilçilər, ekspertlər, millət vəkilləri də Azərbaycanın iqtisadi baxımdan sürətli inkişaf yolu keçdiyi qənaətindədirlər. Millət vəkili Azər Badamov da hesab edir ki, 2017-ci il müasir Azərbaycanın inkişafında mühüm bir dövr kimi yadda qaldı: "Vurğulamaq lazımdır ki, "İslam Həmrəyliyi ili" kimi tarixə çevrilən 2017-ci il iqtisadiyyatımızın inkişafında, ən əsası qeyri-neft sektorunun əsaslı şəkildə dayanıqlılığının təminində mühüm bir dövr kimi xarakterizə olunmalıdır. Ötən il mühüm sənaye obyektlərinin tikilməsi, o cümlədən, mühüm iqtisadi nailiyyətlərlə müşayət olundu. Ümumimyyətlə, yüksək tərəqqi dövrünü yaşayan ölkəmizin inkişaf trayektoriyası ildən-ilə yeni iqtisadi proseslərin fonunda daha da zənginləşməkdədir".

Azər Badamov bildirib ki, Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ölkəmizin iqtisadi dayanıqlılığını artıran əsas amillərdəndir: "Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bunu ötən ilin göstəriciləri də təsdiqləyir. Məsələn, ötən il ölkə iqtisadiyyatında artım müşahidə edilib və buna paralel olaraq ÜDM-də də artım nəzərə çarpıb. Qeyri-neft sektorunun inkişafının 2,5 faiz təşkil etməsi isə ötən illərdə, eləcə də 2017-ci ildə düzgün qurulmuş iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Sənaye sahəsində qeyri-neft sektorumuzun 3,6, kənd təsərrüfatında isə 4,1 faiz artması ölkəmizdə qeyri-neft sektoruna diqqət və qayğının, eləcə də sahibkarlara yarıdılan şəraitin münbit olmasının göstəricisidir". Millət vəkili onu da bildirib ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulması və həm yerli, həm də xarici investorların ölkəmizə vəsait qoymaqda maraqlı olması ölkəmizin sabit iqtisadi inkişafına əsaslanır. Azər Badamovun sözlərinə görə, ölkəmizin ixrac potensialının artımı isə gələcəklə bağlı müsbət proqnozlar verməyə əsas verir: "Artıq Azərbaycan bir sıra məhsulları ilə cəlbedicilik qazandığı kimi, turizm potensialı da artır. İstər yay, istərsə də qış turizminə göstərilən diqqət və qayğı regionların daha yüksək səviyyədə inkişafını təmin edəcək". Millət vəkili onu da vurğulayıb ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı ölkəmizin turizm imkanlarının inkişaf etdirilməsindən danışarkən Qusara dəmir yolunun çəkiləcəyini və Şah Dağ turizm kompleksinə turistlərin gələcəkdə sürətli qatarla gedə biləcəyini diqqətimizə çatdırdı: "Hazırda ancaq Şah Dağ kompleksinə bir gün ərzində gedən turistlərin sayı 3-4 min arası olduğunu və Qusar ətrafı rayonların sakinlərinin də bu marşurutdan istifadə etmələrinə üstünlük verəcəklərini nəzərə alsaq düşünürəm ki, bu çox uğurlu, rentabelli və perespektivli layihə olacaqdır".

Millət vəkili Eldar İbrahimli isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. Millət vəkili deyib ki, iclasda verilən məlumatlar göstərdi ki, qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib: "Bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Cənab Prezident iclasda sabitliyin önəmini xüsusi vurğulayıb. Çünki sabitlik olmadan inkişafdan söhbət gedə bilməz. Ötən il Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. Xüsusilə qeyd etməliyik ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində isə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur". Eldar İbrahimov qeyd edib ki, dövlət başçısı iclasda kənd təsərrüfatının inkişafı məsələsini xüsusi vurğlayıb: "2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın". Əlbəttə ki, hökumət cari ildə də kənd təsərrüatının inkişafı istiqamətində zəruri addımlar atacaq. Ötən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib və bir neçə dövlət proqramı qəbul edilib. Dövlət başçısının qeyd etdiyi kimi bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Göründyü kimi, pambıqçılıq çox böyük sürətlə inkişaf edir və bu istiqamətdə nəticələr daha da artacaq. Bütövlükdə, iclasda cənab Prezident kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında fikirlərini bildirdi, tövsiyə və tapşırıqlarını verdi. Hesab edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərüfatında daha yüksək nəticələr əldə olunacaq".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR