Xalq Cümhuriyyətinə olan ehtiramın təzahürü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin "Xalq Cümhuriyyəti İli" elan olunması barədə imzalamış olduğu sərəncam istər ölkdə daxilində, istərsə də ondan kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur. Xüsusilə gənc nəsil dövlət başçısının məlum sərəncamını yüksək qiymətləndirərək il ərzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı keçiriləcək tədbirlərin gənclərin Şərqin ilk demokratik respublikası barədə daha ətraflı məlumat əldə etməsinə vəsilə olacağını düşünürlər. Elə Şüa Gənclər Hərəkatının rəhbəri Samir Zeynalov da bu qənaətdədir. O, dövlət başçısının imzaladığı məlum sərəncama münasibət bildirərkən qeyd edib ki, istiqlaliyyət sevdalı millət vətən fədailərimizin azad görmək istədiyi məmləkətimiz müstəqil dövlət siyasətimizin parlaq təzahürü ilə cümhuriyyət ilinə şərəflə qədəm qoyub. Bildirib ki, ölkə başçımız cənab prezident İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq mövcud ili Cümhuriyyət ili kimi elan etməsi faktı müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olaraq müasir dövlətçilik dəyərlərimizin təməlinə dövlət səviyyəsində olan ehtiramın təzahürüdür: "Şübhəsiz ki, bu ehtiramın başlıca meyarı üçrəngli azadlıq bayrağının vüqarlı dalğalanması altında bir araya gələn Azərbaycan xalqının hərməyliyi, müstəqil dövlətə sahib olması, müstəqil dövlət siyasəti ilə dövlət müstəqiliyinin müdafiəsi və möhkəmləndirilməsidir. Şərqdə ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında ərsəyə gəlməsi fədakar xalqımızın o dövrdə və o illər ərəfəsində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Milli mənliyinə mühafizəkarcasına yanaşmış xalqımızın qabaqcıl milli aydınları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların vəhdəti haqlı olaraq 100 il bundan öncə müasir dövlətçilik dəyərlərimizin təməlini formalaşdırmağı bacarmış Azərbaycan Xalq Cümhiriyyətinin yaranmasına töhvə vermişdi. Xalqımızın milli dövlətçiliyə nail olmaq məqsədinin gerçək ifadəsi olan və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qəlblərdə elə bir azadlıq məşəli alovlandırdı ki, 70 il ərzində məmləkətimizi əsarət altına almış totalitar kommunist rejimin repressiv cəza siyasəti belə bu məşəlin sönməsinə nail ola bilmədi. Rəsulzadə ideyaları sovet hərb ideyalogiyası altında parçalanmağa, öz tarixindən ayrı salınmağa məhkum edilmiş fədakar xalqımızın düşüncələrində hər zaman yaşayaraq "Bir kərə yüksələn bayraq, bir daha enməz" tezisini milli-azadlıq hərəkatının coşqusu ilə yenidən dillərə gətirdi. Keçən əsrin sonlarına doğru diktatura basqılarına tab gətirməkdən son dərəcə bezmiş xalqımızın istiqlaliyyət duyğuları məhz Rəsulzadə ideyalarından ilhamlanaraq milli oyanışla müstəqil dövlətə sahib olmaq, bir millət kimi azad olmaq hərəkatında yenidən, lakin əbədi olaraq parlaq məqama yetişdi. Əsarət altında milli dirçəlişə sahiblənməyi bacaran xalqımız cümhuriyyət ideallarının müqəddəs ruhundan təsirlənərək dünyada ilin xalqı olmağı bacararaq müstəqil Azərbaycanın yenidən təşəkkülü, gələcək nəsillərin müstəqil ölkədə dünyaya gəlməsi, böyüməsi və milli düşüncəli şəxsiyyətə çevrilməsi, yeni dünya nizamında cəfakeş millət fədailərinin təməlini qoyduğu dövlətimizin layiq yer tutması naminə qanını, canını fəda etməkdən çəkinmədi. Bir millət olaraq yenidən müstəqilliyə gedən yolun təntənəsi 1990-ci ilin 20 yanvarında yaşandı. İmperiyanın qəsbkarlığına, insan haqlarına qanlı qəsdinə, zülmkarlığına baxmayaraq xalqımız qan və can bahasına olsa da belə ikinci dəfə istiqlaliyyətimizin bəyan edilməsi fürsətinə biganə yanaşmadı". Samir Zeynalov qeyd edib ki, bu qürurun minvalı ilə özünü AXC-in varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşdu: "Bəzən deyirlər ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Amma müstəqilliyimizi əldə etmək bu yolda tarix formalaşdırmış ümumxalq həyatınmızın səhifələrinə görə danılmaz reallıqdır ki, qorumaq qədər asan olmayıb. Münbit tarix şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz Azərbaycan tarixinin yeni dünya nizamında keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcını qoymaqla, yeni cəmiyyət quruculuğu ilə bağlı yekcins olmayan siyasi, iqtisadi, sosial və mədəni-mənəvi həyat məsələrinin həllinə, xalqımızı bir bayraq altında birləşdirməyə qadir tarixə təşəbbüs ortaya qoydu. Ümumbəşəri dəyərlərə sadiq qalaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ifadə olunmuş vəzifələrin həyata keçməsi üçün zəruri şərait yarandı.Təbii olaraq müstəqilliyimizi qorumaq niyyəti bizi ağır sınaqlar qarşında səfərbər olmağa belə məhkum etdi. Lakin tarixin siyasi səhnəsinə xalqımızın təkidli arzusu ilə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin xarici təsirlər, erməni qəsbkarlarının ölkəmizə təcavüzü, daxildə tüğyan edən siyasi iqtidarlıq uğurunda mübarizə və separatçılıq meyilləri nəticəsində əldən verilməsinə imkan vermədi. Uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimizin siyasi varisi olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik dəyərləri mühafizə edildi, ağır sınaqlardan qalibiyyətlə çıxıldı. Müstəqllik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Sovet dövründə ciddi ənənəyə çevrilmiş qadağalar aradan qalxdı. Dövlət rəmzləri bərpa edildi". Natiq deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına məxsusi qiymət verən Ümummili lider Heydər Əliyev qeyd edirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycan dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır". Həmçinin müasir müstəqilliyimizin bərpasının 10-cu ildönümündə Ulu Öndər deyirdi: "Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addım atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər". Budur tarixə xarizmatik, ədalətli, milli hisslərlə yanaşma. Tariximizin ağır anlarında Kainatın Ulu Memarı xalqımıza öz xilaskarını bəxş etdi. Elə bir xilaskar ki, onun xarizması, zamanın siyasi axarını düzgün qiymətləndirməsi, düşmənlərimizi zərərsizləşdirilməsi nəticəsində müstəqil dövlətimizin siyasi varisi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dönəminə elə müstəqil şəraitdə, müstəqil dövlət siyasəti ilə daxil olmağı bacara bilirik. Ulu öndər Heydər Əliyev Cümhuriyyət fədailərinə yüksək tarixi qiymət verərək billur kimi saf əməlləri ilə öz milli mənsubiyyətinə bənzərsiz əməli keyfiyyətlərə sadiq olmağı bacardı. Yüksək düşüncə bacarığına malik olmaqla azərbaycançılıq ideyalogiyasının inkişaf və təsir dairəsinə təssübkeşliklə yanaşmağı bacararaq bu ideyalogiyanın xalqımızın vahid milli məqsəd ətrafında birləşməsinə nail oldu". Samir Zeynalov deyib ki, bu gün AXC-in siyasi varisliyini müstəqil şəkildə uğurla davam etdirən Azərbaycan Respublikası azərbaycançılıq ideyalogiyasının təbliği və müdafiəsinə güclü dövlət, qətiyyətli lider, prinsipial müstəqil siyasətlə qayğı göstərir: "Çünki azərbaycançılıq ideyalogiyası milli dəyərlərin, duyğuların, baxışların məcmusu- Azərbaycan xalqını vahid məqsəd ətrafında birləşdirən əvəzsiz dəyərdir. Dövlətimizin başçısı cənab prezident İlham Əliyevin 2018-ci ili azərbaycançılıq ideyalogiyasına bəslənilən qayğının təzahürü olaraq Cümhuriyyət ili elan etməsi bu ideyaya şərəflə sadiq qalan biz gənclər tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Şüa Gənclər Hərəkatı olaraq Cümhuriyyət fədailərinin əbədiyaşar xatirələri qarşısında səmimi qəlbdən hörmət və məhəbbətimizi ifadə edir, xalqımızı dərin hörmətlə təbrik edirik.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR