Erməni hakim elitasında həyasızlıq və savadsızlıq

Ermənistan parlamentinin vitse-spikeri, hakim Pespublika Partiyasının mətbuat xidmətinin rəhbəri E.Şarmazanovun son fikirləri həyasızlıq, savadsızlıq və yalanın erməni hakim elitasında simbioz yaşadığının göstəricisidir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndirib.

Qeyd edək ki, Şatmazanov Qarabağ vətəndaşlarının Azərbaycandan deyil, SSRİ-dən müstəqil olduqlarını vurğulayıb. O, bildirib ki,Azərbaycan və Türkiyə hələ başa düşməyiblər: "Milli siyasətin təkmil olduğu SSRİ-də milli- dövlət quruluşu 5 iyerarxiyadan ibarət idi. Mədəni muxtariyyət, milli mahal, muxtar vilayət, muxtar respublika və müttəfiq respublika. SSRİ dövründə yalnız 15 müttəfiq respublikanın formal da olsa ayrılmaq hüququ var idi. Müttəfiq respublikaların tərkibində olan hətta muxtar respublikaların elə hüququna eyham yox idi. DQMV Azərbaycan SSR-nin tərkibində muxtar respublika da deyil, muxtar vilayət idi". Erməni vitse-spiker onu da qeyd edib ki, Ermənistan və "Artsaxa" (Dağlıq Qarabağ) yersiz ittihamlar əvəzinə, Azərbaycan təmsilçiləri Azərbaycan haqqında beynəlxalq məruzələri oxusunlar.

Mübariz Əhmədoğlu isə deyib ki. 2009-cu ilin iyulun 10-dan etibarən ATƏT MQ adından təxminən 13 sənəd açıqlanıb. Bunların heç birində "Artsax", "Dağlıq Qarabağ xalqı", "Dağlıq Qarabağ ermənisi", "Dağlıq Qarabağ respublikası" terminləri yoxdur: "Baltikyanı dövlətlərə səfər edən Ermənistan parlamentinin vitse-spikeri, parlamentdə Ermənistan-Litva, Latviya, Estoniya dostluq qrupunun rəhbəri E.Şarmazanov bu dövlətlərin Dağlıq Qarabağla əlaqəli mövqeyini dəyişməyə cəhd etdi. Eyni zamanda "erməni soyqırımının" Latviya və Estoniya tərəfindən tanınmasına dair ciddi tələblər ortalığa qoydu. Yalnız Litva "erməni soyqırımını" tanıyır. E.Şarmazanova görə Baltikyanı dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıması Aİ və ATƏT-ə ziddir. Son iki bəyanat Aİ-nin Brüssel sammitindən sonra verilib. Aİ-nin Brüssel sammiti "Şərq Tərəfdaşlığı" layihəsinin üzv dövlətlərinin ərazi bütövlüyünə dəstək verdi. Üzv dövlətlər ərazisindəki münaqişələrin həllinə ərazi bütövlüyü prinsipinin prioritetliyi ilə vahid yanaşma nümayiş etdirilir. Baltikyanı dövlətlər Aİ-nin, Azərbaycan və Ermənistan "Şərq Tərəfdaşlığı" layihəsinin üzv dövlətləridir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR