Elşən Musayev: “İlham Əliyev Azərbaycanı daha uğurlu gələcəyə aparacaq”

"Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə eyni müsbət, uğurlu fəaliyyətini göstərir. Təbii ki, bu da göz önündədir. Məhz buna görə bu gün Azərbaycan müxalifəti zəifdir və ölkə xalqı Prezidentinin yanındadır. Eləcə də Azərbaycan dövlətçiliyi yüksək səviyyədə özünün tərəqqisini yaşayır. Sadəcə olaraq burada bir çox nüanslar var. İlk növbədə cənab Prezident uzun illər bundan öncə təməli qoyulmuş bir siyasəti davam etdirir. Bu Ümummilli Lider Heydər Əliyevin siyasətidir. İkinci amil ondan ibarətdir ki, ölkə rəhbəri özü son dərəcə istedadlıdır". Bunu  açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı həm xarici, həm də daxili siyasətdə Azərbaycan xalqının, bütün zümrələrin, milli, etnik kəsimin, düşüncə tərzində olan insanların hamısının maraqlarını təmin edən bir liderdir: "Cənab İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçkilərinə gedərkən belə bir ifadə işlətdi ki, mən hər bir Azərbaycanlının prezidenti olacam. Bu fikir illər sonra öz təsdiqini həm də fəaliyyətdə tapdı. Mən bir nüansı xatırlatmaq istərdim ki, Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə dedi ki, mən İlham Əliyevə özüm qədər inanıram və Azərbaycan xalqını onu dəstəkləməyə çağırıram. Ulu Öndər irsi, onun ideyaları şükürlər olsun ki, bu gün yaşayır. Biz də cənab Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edir və ona can sağlığı, uğurlu fəaliyyətinin davamını arzulayırıq.

Heç şübhə etmirəm ki, 2018-ci il prezident seçkilərində də İlham Əliyev hər zaman olduğu kimi çox böyük üstlünlüklə öz qalibiyyətini əldə edəcək və Azərbaycanı daha uğurlu gələcəyə aparacaq". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR