“İşğalçı ölkənin siyasəti silahlanmaq və işğalı davam etdirməkdən ibarətdir”

"Vyanada ATƏT-ın Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsiz başa çatdı. Bu danışıqlarda münaqişənin həlli ilə bağlı masada olan həll formullarının detalları müzakirə edilsə də, əsas olaraq münaqişənin həllində irəlləyiş əldə olunmadı". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, bu görüş də növbəti danışıqlar kimi ilin yekununun son finalı idi: "Təbii ki, Ermənistanın substantiv danışıqlarda maraqlı olmaması və manipulyasiyası cəbhə xəttinə yaxın keçirdiyi hərbi təlimləri bunu göstərir. Danışıqlar prosesinin davam etdiyi bir sürəcdə Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və burada keçirilən hərbi təlimləri izləməsi, danışıqları sabotaj etməkdi. Hazırda Ermənistan silahlı qüvvələri cəbhə xəttinə yaxın hərbi təlimləri davam etdirir". Politoloq deyir ki, Azərbaycan Ermənistana cəbhə xəttinin yaxınlığında, bu kimi hərbi təlimlərin keçirməsinə imkan verməməli və artilleriya ilə Ağdamın Uzundərə adlanan ərazisi istiqamtində işğalçının hərbi təlimlərini vurmalıdır: "Azərbaycan yaşayış məskənlərinə yaxın ərazidə Ermənistan silahlı qüvvələrinin ağır artilleriyasının atışı ilə keçirilən təlimlər ciddi narahatlıq doğurur. Ötən gün Ermənistan parlamenti Rusiyadan 100 milyon dollar həcmində yeni silah-sursatın kreditlə alınması barədə sənədi ratifikasiya etdi. Göründüyü kimi işğalçı ölkənin siyasəti silahlanmaq və işğalı davam etdirməkdən ibarətdir. Artıq, bu il üçün nəticəsiz danışıqlar başa çatdı. Ermənistan işğal etdiyiy ərazilərə yeni ağır texnika və Rusiyadan alınan ağır artilleriya yerləşdirəcək. Bu, o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdə möhkəmlənir. Azərbaycanın hücum taktikasına qarşı müdafiə xəttini möhkəmləndirir. Qeyd edim ki, bu il ərzində Azərbaycan öz hərbi arsenalını möhkəmləndirib. Xüsusu ilə Türkiyə ilə daha da sıx hərbi əməkdaşlığı son on il ərzində artırıb. Hazırda demək olar ki, Türkiyə silahlı qüvvələri Azərbaycanla birlikdədir. Azərbaycanın Türkiyə ilə bu siyasəti Rusiya-Ermənistan birgə qoşun qruplaşmasına qarşı adekvat cavabdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR