“Görüşlər "status-kvo"nun qorunub saxlanılmasına hesablanıb”

"Çox təəssüf ki, Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbaydan arasında keçirilən görüş görüntü xarakteri daşıyır. Amma təhlil edəndə elə görünür ki, həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşləri davam etdirməkdə maraqlıdırlar". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

"Onların mətbuata verdikləri açıqlamada da bildirilir ki, gələn il yenidən görüş təşkil edilsin. Bu kimi görüşlər ona görə davam etdirilir ki, "status-kvo" qorunub saxlanılsın. Yəni son illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti münaqişə bölgəsində status-kvonun qorunub saxlanılmasına hesablanıb. Onlar narahatdırlar ki, rəsmi Bakı birdən hərbi əməliyyatlara başlaya bilər. Burada başqa bir niyyət hiss olunmur. Rusiya da ən azından yaxın iki il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında maraqlı deyil"-deyə, QAT sədri bildirib. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR