Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Dekabrın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
"OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ölkələrimizin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi  şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR