Kaliforniyada Azərbaycana dair mühazirə

Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindən olan Santa Monika Kollecində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair tədbir keçirilib. Kollecin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə sözügedən ali təhsil müəssisəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib.

Baş konsulluqdan Olaylar.az - a bildirilib ki, N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər götürərək əsasını qoyduğu müasir Azərbaycan multikulturalizmi bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün digər sahələrlə yanaşı, dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə və müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişlənməsinə xüsusi diqqət yetirir.

Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də iştirakçılara məlumat verilib. "Ermənistanda bu gün bir nəfər də olsun azərbaycanlının qalmadığını və orada vaxtilə yaşamış 250 min azərbaycanlının hamısının didərgin salındığını nəzərə alsaq, Azərbaycan xalqının yüksək tolerantlq mədəniyyəti daha da aydın şəkildə özünü biruzə verir" - deyə N.Ağayev bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR