YAP üzvlərinin 270 mini gənclərdir

"25 il tarix üçün o qədər də uzun zaman deyil. Lakin, arxaya boylanıb ötən 25 ildə hansı hadisələrin baş verməsi, Azərbaycanın bütün sahələrdə necə böyük nailiyyətlər əldə etməsi doğurdan da qürurvericidir. Heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin güclənməsində müstəsna rol oynayıb, güclənən bu müstəqillik isə Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasında, ölkədə təhsil səviyyəsinin artırılmasında, iqtisadi inkişafın davamlılığında, ümumilikdə bütün sahələrin inkişafında mühüm rol oynayıb". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə,  bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib. O,  bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  mühüm nailiyyətlər qazanır: "Təqdirəlayiq haldır ki,  Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsi hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxdur və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir. Belə ki, 1995-ci ildə yaradılan YAP Gənclər Birliyi hazırda 270 000-dən artıq gənci ətrafına toplayıb. Bu gənclər sırasında alimlər, elmlər namizədləri, olimpiya çempionları, incəsənət xadimləri və əhalinin digər təbəqələrinin nümayəndələri var".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR