Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Moskvada səfərdə olan Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşə qatılıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyiş əldə edilməsinə şərait yaradılması məqsədi ilə lazım olan addımlar barədə fikir mübadiləsi aparıb. Həmçinin tərəflər, Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların reallaşdırılması üçün atılmalı olan addımlardan danışıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mümkün görüşü də müzakirə mövzusu olub. Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR