Rusiya hökuməti Dünya Azərbaycanlıları Assambleyasına cavab verdi

Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prakrorluğu qarşısında məsələ qaldırararaq Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılmasınə və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib. DAA-dan "OLAYLAR"-a bildirilib ki, bu haqda Rusiya Ədliyyə Nazirliyinin Assambleyaya göndərilən məktubunda qeyd olunur və Rusiya Baş Prokrorluğuna bu məsələni icraatlarında saxlamalarını və qeyd olunanlarla bağlı araşdırılaraq Assambleyaya məlumat verilməsinin zəruri olduğu vurğulanır.

Xatırladaq ki, 20.08.2017 tarixində əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Rusiyalı dünya çempionu Andrey Dryaçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəf bir birinə qarşı zor tətbiq edib, nəticədə cənab Andrey Dryaçov vəfat edib. Ancaq sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub və nəticədə, hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan əsl isteriya qalxıb və təkbətək davaya millətlərarası xarakter verilib. Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib. Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilmiş, Rusiya rəsmi qurumlarını məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması ilə bağlı , baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub. Bu prosesin həssaslığını nəzərə alaraq DAA-nın bundan sonra da məhkəmə prosesini təşkilat olaraq nəzarətdə saxlanacağı bir sözlə prosesin takipcisi olacağı bildirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR