Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gəlir

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira 15 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 15 noyabr tarixində saat 11:45 dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur. Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR