Aleksandr Lukaşenko: "Azərbaycanlılar və belaruslar qardaşdır"

"Azərbaycan və Belarus parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər". Məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüş zamanı deyib. "Hesab edirəm ki, parlamentlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Mən parlament rəhbərləri və deputatların dediyinə çox önəm verirəm və dinləyirəm. Bilirəm ki, Prezident İlham Əliyev bu baxımdan çox demokratik insandır. Bir şey faydalı olarsa, həmişə onu dinləyir", - A.Lukaşenko deyib.

Prezident qeyd edib ki, Belarus və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir, ölkələrimiz arasında isti və yaxın münasibətlər mövcuddur: "Biz bir birimizə tamamilə etibar edirik. Birgə müəssisələr yaradırıq, üçüncü ölkələrlə ticarət edirik. Azərbaycanlılar və belaruslar qardaşdır". Qarabağ probleminə toxunan A.Lukaşenko qeyd edib ki, azərbaycanlılar sülhsevər xalqdır və münaqişə vəziyyətinə baxmayaraq, bu baxımdan tamamilə sülh mövqeyinə üstünlük verirlər. Belarus prezidenti bir daha Azərbaycan Prezidentinə əməkdaşlığa görə minnətdarlığını bildirməyi xahiş edib: "Biz müəyyən etdiyimiz kursu davam etdirəcəyik", - A.Lukaşenko əlavə edib. Milli Məclisin sədri Oqtay Əsədov səfər zamanı göstərdikləri xoş və doğma münasibətə görə Belarus dövlətinin başçısına təşəkkür edərək, Azərbaycan Prezidenti İlham Əliyevin xoş və səmimi salamlarını ona çatdırıb.

Spiker qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirir. Bu gün ikitərəfli format demək olar ki, bütün sahələri əhatə edir və genişlənir. Virtualaz.org

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR