AŞPA-nın qəbul etdiyi qərəzli qərarlar onun imicini ləkələyir

Artıq bu qurum təsir mexanizminə çevrilib

Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası, ölkəmizin imicinə zərbə vurma kimi məkirli plan həyata keçirilir. Hər zaman olduğu kimi bu dəfə də antiAzərbaycan kampaniyasının sifarişçiləri erməni lobbisi, icraçıları isə erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən Avropa və Qərbdəki bəzi siyasi təsisatlar və parlamentarilərdir. Əgər əvvəllər erməni lobbisi Azərbaycana qarşı kampaniyada beynəlxalq qeyri-hökumət təşkilatları şəbəkəsindən istifadə edirdilərsə, bu dəfə nə qədər təəccüblü və təəssüfedici olsa da, Avropa Şurasını da öz çirkin məqsədlərinə alət edə biliblər. Hər halda bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamə belə deməyə əsas verir. İndiki mərhələdə Avropa Şurasının timsalında Qərb və qoca qitənin Azərbaycana qarşı qərəz nümayiş etdirməsi, antiAzərbaycan kampaniyasının həyata keçirilməsinin başlıca səbəbi də məlumdur. Belə ki, bu günlərdə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli layihənin icrasına start vermək mərhələsindədir. Xəbər verildiyi kimi oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinin rəsmi açılış mərasimi olacaq. Bakıda start veriləcək mərasim mərhələli şəkildə Tbilisi və Qarsda da reallaşdırılacaq. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, məhz sözügedən layihənin istifadəyə verilməsi Azərbaycan üçün yeni imkanlar açacaq. Xüsusilə, layihə iqtisadi sahədə Azərbaycan üçün faydalı olacaq. Söz yox ki, Azərbaycanın istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımdan güclənməsi Ermənistan və erməni lobbisini ciddi şəkildə narahat edir. Ona görə də indki mərhələdə Azərbaycana qarşı belə bir kampaniyanın həyata keçirilməsi əslində başadüşüləndir. O cümlədən Avropa Şurasının ölkəmizə qarşı başladığı kampaniya, qəbul edilən qətnamələr də məhz buna hesablanıb. Qeyd edək ki, hər iki qətnamə tamamilə qərəz, şər-böhtan və qeyri-obyektiv yanaşma üzərində qurulduğundan qəbul olunan həmin sənədlərə də kəskin etiraz ifadə edilir. Avropa Şurasının Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Vüsal Hüseynov qurumun ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini bildirməklə yanaşı, əmin olduğunu bildirib ki, Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş prezidenti, Cənubi Kiprdən olan nümayəndə Stella Kyriakidesin rəhbərliyi dövründə AŞPA qərəzli, ədalətsiz addımlar atmayacaq. Məlumat üçün qeyd edək ki, ötəngün AŞPA-da qurum üzvlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın gücləndirilməsi və təşviqi ilə bağlı Hesabat da dinlənilib. Təəssüflər olsun ki, həmin hesabatı səsləndirən məruzəçi də demək olar ki, daha çox Azərbaycanı hədəf seçib. Vüsal Hüseynov deyib ki, biz parlament üzvləri fəaliyyətimizdə hər hansı mənfi halları həm tənzimləyən, həm də onların qarşısını alan təkmil Davranış Qaydalarına, onun tələblərinə riayət etməliyik: "Ancaq yenə də, mən Məruzədə yer alan açıq mənbələrdə mövcud olan iddialarla bağlı məsələyə toxunmaq istərdim. Təəssüflər olsun ki, Assambleya üzvləri haqqında, üzv dövlətlər barədə açıq mənbələrdə saysız iddialar olsa da, bu Məruzə sadəcə tək bir ölkədən bəhs edir. Mən inanıram ki, burada obyektivlik prinsipi pozulub, xüsusilə Məruzənin mövzusunu nəzərə alarıqsa". Millət vəkili deyib ki, açıq mənbələrdəki bu iddialarla manipulasiya etmək, onlardan qarayaxma kampaniyalarında alət kimi istifadə etmək asandır. Buna görə də, biz açıq mənbələrə əsaslanan iddialara, ittihamlara və araşdırmalara münasibətdə xüsusilə ehtiyatlı olmalıyıq: "Təstiq olunmamış hər hansı iddia və ittihamlara cavab olaraq yüksək səsli, zəruri olduğundan artıq reaksiyalar vermək nəinki parlament üzvününü fəaliyyətini yayındırır, eyni zamanda təşkilatın nüfuzuna zərər yetirir. Qeyd etdiklərimə nümunə kimi, bu Məruzə üzrə və ya Azərbaycanla bağlı müzakirələr zamanı qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadən ölkəmə qarşı aparılan kampaniyanın bir hissəsi kimi ittihamların səsləndirilməsinin şahidi ola bilərik. Hər birimiz qəbul edirik ki, son dövlər Assambleyada baş verən mövcud arzuolunmaz hadisələr və onlara cavab olaraq seçilən üsullar bizim təşkilatımızın nüfuzuna əhəmiyyətli dərəcədə zərər vurub. Bu baxımdan məruzədə təklif edilən belə hallarda araşdırmaların məxfiliyini nəzərdə tutan təklifləri alqışlayıram.  Hesab edirəm bu Məruzə ilə təklif edilən Assambleya üzvlərinə münasibətdə olan bütün qaydalar, məhdudiyyətlər və öhdəliklərə parallel olaraq belə iddialardan mühafizə mexanizmlərinin yaradılması çox əhəmiyyətlidir. Assambleya üzvlərinin Qaydalara zidd hər hansı fəaliyyətlə məşğul olmasını iddia edənlər iddiaları isbat etmək və ya qərəzli, saxta iddialar etdikləri halda bunun üçün məsuliyyətin olmasını nəzərə almalıdırlar. Mən inanıram ki, bu bizim daxili qaydalarımızın gələcəkdə təkmilləşdirilməsi üçün növbəti istiqamət olacaq. Mən sonda bütün Assembleya üzvlərini fəalliyətlərində etibarlı, əmin olduqları mənbələrə istinad etməyə dəvət edirəm".

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilən qətnamələrə toxunan hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov müəyyən mənada nümayəndə heyətini də qınayıb. Bildirib ki, Azərbaycanla bağlı səsvermə zamanı AŞPA-nın 318 əsas üzvlərinin təxminən üçdə biri olub: "Yəni yalnız konkret maraqlı şəxslər. Məslə məlumdu. Məlum olmayan odur ki, bəs bizim dostlarımız niyə bu qədər azdı?  Bazarlıqda olublar yəqin. Mən ötən il Brüsseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda "Münaqişə ərazilərində mülki əhalinin girov götürülməsinin yolverilməzliyi" adlı qətnamə layihəsi təqdim edəndə bizim 24 nəfər nümaynədədən 4-5 nəfər vardı zalda. Qalanlara nə qədər dedim dedilər evə bazarlıq etməliyik. Halbuki qətnamənin keçməsi üçün cəmi 20 səsimiz çatmadı".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR