Ənənəvi muxalifətin yanlış siyasəti Azərbaycan siyasətində ciddi problemə çevrilib

Uğursuz seçki siyasəti, liderlər arasında şəxsi zəmində konfliktlər, qısqanclıq ənənəvi siyasətin xarakteridir

Artıq bir xeyli müddətdir ki, Azərbaycan müxalifətinin belə demək mümkünsə konstruktiv mövqedən çıxış edən cinahında seçki hazırlıqlarına start verilib. Bəzi partiyalar hələ bir neçə ay əvvəl özünün mərkəzi strukturlarının toplantısını çağıraraq 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesini müzakirə edib, seçkilərdə iştirak edəcək namizədini müəyyənləşdirib. Məsələn, bu sırada Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, eləcə də digər siyasi təşkilatları göstərmək olar. Adları çəkilən hər iki partiyadan, VİP və ALDP-dən müvafiq olaraq partiya sədrləri, Əli Əliyev və Fuad Əliyev ilkin olaraq 2018-ci ilin prezident seçkilərinə namizəd olaraq müəyyən edilib. Ancaq sözügedən partiyaların qərarlarında o da qeyd edilib ki, əgər müxalifət düşərgəsi ciddi bir namizəd müəyyən etsə, o zaman partiyalar namizəd məsələsində güzəştə gedə bilərlər.

Müxalifətin radikal qanadı sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası isə hələlik seçki hazırlıqları barədə düşünmür. Hazırda bu iki partiya, eləcə də özünü onlarla müttəfiq kimi göstərən digər siyasilər daha çox ölkədə ictimai-siyasi xaosun yaranmasında və bununla da öz hakimiyyət arzularının reeallaşmasında maraqlı görünürlər. Çünki hər iki partiya normal, sivilı qaydada siyasi mübarizədə məğlub olacaqlarının fərqindədirlər. Və 20 ildən artıqdır ki, bu acı taleyi yaşayırlar.

Müxalifətin həm radikal, həm də konstruktiv qanadının qeyri-müəyyənliyindən isə deyəsən eks-spiker, hazırda Birləşmiş Ştatlarda yaşayan Rəsul Quliyev yararlanmağa çalışır. Belə ki, yağışdan sonra görünən göy qurşağı kimi seçkidən-seçkiyə siyasi meydana atılmaq həvəsinə düşən eks-spiker 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək arzusunda olduğunu bildirib. Bəs görəsən eks-spiker Azərbaycan müxalifətinin saqqızını oğurlamağa müvəffəq olaraq bu düşərgənin namizədi kimi seçki prosesinə qatıla biləcəkmi? Ümumiyyətlə, hazırkı situasiyada müxalifətin seçki hazırlıqları necə qiymətləndirilir?. Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib ki. gələn il ölkədə keçiriləcək prezident seçkiləri öncəsi siyasi partiyaların fəallaşması normaldır. Onun sözlərinə görə, Azərbaycanda onlarla siyasi partiya var, onların vahid bir siyasi mövqeyə gəlməsi üçün ciddi siyasi situasiya olsa da, lakin şəxsi ambisiyalar önə çəkildiyindən birlik göstərilmir: "20 ildən artıqdır ki, ənənəvi muxalifətin yanlış siyasəti, taktiki siyasi səhvləri, bu gün Azərbaycan siyasətində ciddi problemə çevrilib. Uğursuz seçki siyasəti, liderlər arasında şəxsi zəmində konfliktlər, qısqanclıq ənənəvi siyasətin xarakteridir. Bu gün ənənəvilərin xalqın etimadından məhrum olması, məhz sadaladığım amillərdən asılıdır. Ənənəvi muxalifət heç bir zaman istəmir ki, yeni dəyişikliklər edən siyasi lider və partiya önə çıxsın. Hazırda Milli Şuranın mitinq adı verib, əslində keçirdikləri icazəli piketləri, bu düşərgəni siyasi fiaskoya uğradır. Öz mövcudluğunu göstərmək üçün son olaraq piketlərə can atmaqla məşğuldurlar. Göründüyü kimi, xalqın bu piketlərə heç bir marağı yoxdur". AXCP rəsmisi deyib ki, ənənəvi siyasətin xaç atası olan, yaşı 90 haqlayan, Azərbaycan xalqının nefti hesabına ABŞ-dan boylanan Rəsul Quliyevin prezident seçkilərinə hazırlaşması barədə də xəbərlər yayılır: "Qeyd edim ki, Rəsul Quliyev Azərbaycan siyasəti üçün bitib. O, siyasi şou göstərməklə gündəmdə qalmağa çalışır. 
Bu gün Azərbaycan siyasəti üçün yeni lider, siyasi texnoloq lazımdır ki, ölkənin siyasi muxalifətini düşdüyü uçurumdan xilas etsin. Hımçinin xalqın siyasi muxalifətə inamını qaytarsın. Hazırda bu istiqamətdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev həm lider olaraq, həm də siyasi texnoloq kimi mövcud siyasi vəziyyəti dəyişmək üçün vətəndaşlarla təmasdadır. Rayonlarda kəndbəkənd görüşlər keçirir. Xalqın problemlerini yaxından izləyir. Vətəndaşların siyasi muxalifətə inamını qaytarır. Bu çox ağır bir proses olmaqla yanaşı, mövcud vəziyyəti yaxından görür. İllərdir ki, xalq siyas liderlərlə və muxalifətlə təmasda deyil. Bu yeniliyi AXCP edir". Məhəmməd Əsədullazadə onu da bildirib ki, artıq, dünyada çox ciddi siyasi-hərbi dəyişikliklər gedir: "Siyasi cəhətdən maarifsiz toplumlar çox ciddi zədələnir əldə etdiyi dövlətlər dağılır. Bunu Yaxın Şərqdə görürük. Ona görədə ilk növbədə xalq siyasi maariflənməli, siyasi muxalifət bu proseslərdə aktiv rol almalıdır. Azərbaycan Xalq Cəbhəsi partiyası və sədri Razi Nurullayev 2018-ci il üçün xalqın milli birliyi üçün səylə çalışır. Hər zaman muxalifətin birləşməsini önə çəkir, əzmlə bu sahədə ciddi işlər görür".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR