Minsk səfərinin yekununa dair Bəyannamə imzalanıb

Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının baş naziri Andrey Kobyakovla görüşüb. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, A. Kobyakov bildirib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir. O deyib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O. Əsədov isə Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Minsk traktor zavodunun Gəncə Avtomobil Zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq. Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə də görüşüb. Tərəflər Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR