Deputat: Anti-Azərbaycan qüvvələri seçkilər ərəfəsində yenidən fəallaşıb

"Azərbaycanının uğurlarını gözügötürməyən ermənipərəst anti-azərbaycançı qüvvələr seçkilər ərəfəsində yenidən fəallaşmaqdadırlar". Bunu millət vəkili Tahir Rzayev Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında deyib. "Bildiyiniz kimi, gələn il Azərbaycan cəmiyyəti, ictimai-siyasi həyatımız üçün çox vacib bir proses yaşanacaq. Yəni, Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ancaq çox təəssüflər olsun ki, yenə də bəzi anti-Azərbaycan dairələri  fəallaşmaqdadırlar. Onlar ölkəmizlə, uğurlarımızla bağlı yenidən ən müxtəlif təxribatlara əl atmmaqdadırlar. Hər vəchlə çalışırlar ki, ölkəmizin uğurlarının, nailiyyətlərinin üzərinə kölgə salsınlar. Ancaq həmin dairələr  əmin olsunlar ki, budəfki cəhdləri, murdar niyyətləri baş tutmayacaq, iflasa məruz qalacaqlar. Seçkilər azad, ədalətli və demokratik şəritdə baş tutacaq və Azərbaycan xalqı növbəti dəfə öz layiqli seçimini edəcək"- deyə millət vəkili bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR