Qərbin Şimali İraqdan Türkiyə və İranı vurma planı

Qərb yeni bir münaqişə, müharibə ocağı yaradır. Daha doğrusu uzun illərdir üzərində işlədiyi Kürdüstan planını reallaşdırmağa çalışır. Əslində münaqişə, müharibə ocağı sözügedən planın icrasına başlayan illərdən yaranıb. Sadəcə prosesin son akkordu isə bu ocağı daha da gərginləşdirə, sürətləndirə bilər. Hər halda İraqın şimalında həyata keçirilən referendum hazırlıqları belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Qərbin xeyir-duası ilə yaradılması nəzərdə tutulan Kürdüstan dövlətinin sərhədləri yalnız İraqla kifayətlənmir. Bu xain planda Türkiyə və İranın müəyyən bir hissəsi də yer alır. Hətta bəzi hallarda Azərbaycanla bağlı da iddialar irəli sürülür. Bir sözlə region yeni bir problemlə ciddi şəkildə qarşı-qarşıyadır. Təsadüfi deyil ki, elə əksər ekspertlər də İraqın şimalında keçiriləcək referendumun arzuedilməz nəticələrə gətirib çıxaracağı qənaətindədirlər. Birmənalı olaraq bildirilir ki, Qərbin əsas istəyi bölgədə maksimum dərəcədə xaos və anarxiya, silahlı qarşıdurmaların hökm sürməsidir. Elə millət vəkili Sahib Alıyev də belə düşünür. O, bildirib ki, bəzi dövlətlərin referendumun təxirə salınması tələbləri də gözdən pərdə açmaq kimi bir şeydir: "Bazar günü İraqın quzeyində, çoxdandır de-fakto müstəqil dövlət halına gətirilən Kürdüstanda referendum keçirilməsi planlaşdırılır. Ancaq anlaşılır ki, Böyük Kürdüstan planını ortaya atanların məqsədi heç də belə bir dövlətin yaranması deyil. Daha dəqiqi bu onlar üçün birinci dərəcəli önəm kəsb etmir. Onlar üçün önəmli olan regionda xaosun daha da genişlənməsidir. Nədən bunu deyirik?
Baxın, Birləşmiş Ştatlar bildirir ki, Kürdüstanda müstəqilliklə bağlı referendum təxirə salınmalıdır. Belə bir referenduma qarşı çıxılmır, onun təxirə salınması məsləhət olunur. O da üzdə. Arxada nə tapşırıqlar veilir, bunu bir özləri, bir də tapşırıq verdikləri bilirlər. Ən acınacaqlısı isə odur ki, BMT-nin baş katibi Antonio Guterres də Vaşinqtonun dediklərini birəbir təkrarlayır. Halbuki onun tutuduğu vəzifə mərkəzi hakimiyyətin izni olmadan hər hansı bir ölkənin parçalanmasına yol açan belə bir referendumu qətiyyətlə pislənməsini tələb edir. 
Bir sözlə, aydınca görünür ki, qərbdəki bəlli çevrələr bəzilərinin düşündükləri kimi heç də kürdlərin yanında deyillər. Onlar kürdlərin regiondakı digər xalqlarla savaşını qaçılmaz edən planın yanındadırlar". Millət vəkilinin sözlərinə görə, əgər kürdlərin yanında olsaydılar, keçirilməsi planlaşdırılan referendumu qətiyyətlə dəstəkləyərdilər: " Belədə referendum əleyhdarları qarşılarında Qərbi görüb, göz önünə Serbiyanı gətirib ona uyğun hərəkət edərdilər. Əgər qərbdəkilər özləri dedikləri kimi guya regionda sülh istəsəydilər, eyni qətiyyətlə Kürdüstanda referendum keçirilməsini rədd edərdilər. Belə bir refernduma qarşı çıxmayıb onun keçirilməsinin təxirə salınmasını məsləhət görmək isə bu prosesin təkcə İraqın parçalanmasıyla bitməyəcəyini düşünərək bundan əndişə duyanları kürdlərlə açıq savaşa həvəsləndirməkdən başqa bir şey deyildir".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki,Şimali İraq Kürd muxtariyyəti lideri Məsud Bərzaninin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumu İraqın ərazi bütövlüyünü təhdid etməklə yanaşı, separatçı bir fəaliyyətdi: "Hər bir dövlətin BMT tərəfindən qəbul edilən sərhədləri çərçivəsində öz ərazi bütövlüyünün pozulması qəbuledilməzdi. İraqda baş verənlər, beynəlxalq hüquq normalarını pozmaqla, qəbul edilən dövlətin ərazi bütövlüyünə bir qəsddir. Azərbaycanda separtizm və işğala məruz qaldığı üçün ilk növbədə İraqın ərazi bütövlüyünü dəstkləməli və Xarici İşlər Nazirliyi referenduma qarşı bəyanatla çıxış etməlidir". Politoloq deyib ki, İraqda Bərzani yönətiminin separatçı referendum avantürası, sonrakı proseslərdə presedent olaraq, Ermənistanı ruhlandıracaq və digər ölkələrdə bu kimi separatçı hərəkatların yaranmasına səbəb olacaq: "Azərbaycan hakimiyyəti qəti şəkildə belə bir referendumlara qarşı çıxmalı, dövlətlərin beynəlxalq aləmdə qəbul edilmiş ərazilərini dəstək olmalıdır. Təəssüf ki, Xarici İşlər Nazirliyi susqunluq göstərir, Hesab edirəm ki, Xarici İşlər Nazirliyi belə bir separatizmə aparan referendumu pisləməlidir".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR